Prokuror Tofiq Yaqubluya 10 il həbs cəzası istədi


Prokuror Tofiq Yaqubluya 10 il həbs cəzası istədi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il , Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

İttihama görə, T.Yaqublu E.Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.

 

Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Vasitəçilik edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.

 

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin olunub.


OXŞAR XƏBƏRLƏR

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...

İt səhrada itmiş uşağı evə gətirdi - FOTO

ABŞ-ın Arizona ştatında itkin düşən körpəni bir gecə ümidsiz axtarışlardan sonra it xilas edib. İki yaşlı uşaq evinin yolunu tapmaq üçün təxminən 11 kilometr pi...

ABŞ-Çin Ticarət Müharibəsi: Konqresmendən gülməli açıqlama

ABŞ siyasətçisi, konqresmen və respublikaçı Cek Kimbl biabırçı vəziyyətə düşüb. ABŞ və Çin arasında ticarət müharibəsinin getdiyi bir vaxtda o, maraqlı açıqlama...

Niyə çox ölkələrin bayraqlarında bənövşəyi rəng yoxdur?

Bayraqlara baxdığımız zaman parlaq sarıları, qırmızıları, ulduzları və hətta əjdahaları görə bilərik, lakin bənövşəyi rəngi tapmaq demək olar ki, mümkün deyil. ...

Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində ögey bacısı Fidanı (adlar şərti verilib - red.) öldürüb.   Sfera.az xəbər verir...

Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klini...