Tanınmış həkimlər məhkəməyə çağırılacaq


Tanınmış həkimlər məhkəməyə çağırılacaq

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə daha 7 nəfər zərərçəkmiş qismində tanınıb.

 

Zərərçəkən Tural Nəsmiyev vəsatət verərək cərrah-transplantoloq Mircəlal Kazıminin, Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərovanın, Talassemiya Mərkəzinin direktoru vəzifəsində çalışmış Valeh Hüseynovun məhkəməyə çağırılaraq dindirilməsini, bununla yanaşı, təqsirləndirilən şəxslər arasında olan danışıqlar, Vatsap tətbiqi üzərində olan mesajlaşmalar və danışıqların məhkəməyə təqdim olunmasını istəyib.

 

Dövlət ittihamçısı, zərərçəkən şəxslər, müdafiə tərəfi və təqsirləndirilənlər buna etiraz etməyib.

 

Hakim zərərçəkmişlərlərin ifadələrindən sonra adıçəkilən şəxslərin məhkəməyə çağırılacaqlarını bildirib.

 

Daha sonra məhkəmə təqsirləndirilən şəxslərin 2022-ci aprel ayından- 2023-cü il fevral ayınadək olan müddətdə anten məlumatları, zəngləri, mesaj mətnlərinin məhkəməyə təqdim edilməsi barədə olan vəsatəti təmin edib.

 

Prosesdə zərərçəkənlər ifadə verib.

 

Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.

 

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


OXŞAR XƏBƏRLƏR

Arı sancması xalq arasında deyildiyi qədər faydalıdırmı?

Arı sancması dedikdə çoxumuzun ağlına əvvəlcə ağrı, sonra şişlik gəlir. Amma bunun şəfa mənbəyi olduğunu düşünənlər də var. Min illərdir istifadə edilən arı zəh...

İt səhrada itmiş uşağı evə gətirdi - FOTO

ABŞ-ın Arizona ştatında itkin düşən körpəni bir gecə ümidsiz axtarışlardan sonra it xilas edib. İki yaşlı uşaq evinin yolunu tapmaq üçün təxminən 11 kilometr pi...

ABŞ-Çin Ticarət Müharibəsi: Konqresmendən gülməli açıqlama

ABŞ siyasətçisi, konqresmen və respublikaçı Cek Kimbl biabırçı vəziyyətə düşüb. ABŞ və Çin arasında ticarət müharibəsinin getdiyi bir vaxtda o, maraqlı açıqlama...

Niyə çox ölkələrin bayraqlarında bənövşəyi rəng yoxdur?

Bayraqlara baxdığımız zaman parlaq sarıları, qırmızıları, ulduzları və hətta əjdahaları görə bilərik, lakin bənövşəyi rəngi tapmaq demək olar ki, mümkün deyil. ...

Həbsdən çıxan şəxs müğənnini qətlə yetirdi - TƏFƏRRÜAT

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində ögey bacısı Fidanı (adlar şərti verilib - red.) öldürüb.   Sfera.az xəbər verir...

Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klini...