Nazir rəisə yeni vəzifə verdi - FOTO

Cəmiyyət
16:26 / 19.02.2025
6699
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib.
Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə İsgəndərov Babək Əhliman oğlu sözügedən vəzifəyə təyin olunub.
Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin rəis vəzifəsinin icrası rəis müavini Cavid Səfərova tapşırılıb.
Xatıradaq ki, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksi ötən ilin yanvar ayında istifadəyə verilib.