Onlar 75 yaşa kimi vəzifədə ola bilərlər


Onlar 75 yaşa kimi vəzifədə ola bilərlər

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.

 

Sfera.az xəbər verir ki, bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanuna təklif edilən dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

 

Dəyişikliklə vəzifədə olmanın yaş həddi 70 yaşdan 75 yaşa qaldırılır. Həmçinin məhkəmənin 75 yaşına çatan hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

 

Konstitusiya Məhkəməsi hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılır.

 

Qeyd edilib ki, layihənin məqsədi uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaqdır. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və İspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və daha yuxarıdır ki, bu da onların hüquqi bilik və təcrübəsindən daha səmərəli istifadəyə imkan yaradır.

 

Bununla yanaşı, 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunana qədər vəzifələrini icra etmə müddətinin 6 aydan çox olmayan müddətə konkretləşdirilməsi, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq normanın aydın və birmənalı tətbiqini təmin edir.

 

Yekun olaraq layihədə normativ müddəaların dəqiqləşdirilməsi və sistemləşdirilməsi məqsədilə təqdim olunmuş texniki xarakterli dəyişikliklər də əks olunub.

 

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR

Polis Akademiyası kişi kursantlara makiyaj sənətini öyrədir: Belə bacarıqlar nəyə lazımdır?

Yaponiyanın Fukusima şəhərində yerləşən Fukusimaken Keisatsugakko Polis Akademiyasında 60 kursant üçün ixtisasartırma kursu keçirilib. Yaponiyada polis aka...

Kino ssenarisi kimi hadisə: Ata bildiyi şəxs əsl atasının qatili çıxdı

Türkiyənin Muğla şəhərində yaşayan 50 yaşlı Berrin Nalcı ailəsi ilə miras mübahisəsindən sonra DNT testi etdirib. Nalcı test nəticələrindən sonra həyatının şoku...

“Uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir”

“Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata ...

Dünyanın ən gözəl adası: İl boyu günəş var, turist yoxdur - FOTO

Ən gözəl Kanar adalarından biri olan La Palma, mülayim iqlimi, heyrətamiz çimərlikləri və möhtəşəm təbiətinə baxmayaraq, daha məşhur qonşularının kölgəsində qal...

Kağız tullantılarının arasından qiymətli kart tapdı: Dəyərini öyrənənlər şoka düşür

ABŞ-ın Texas ştatından olan 37 yaşlı Camel 20 il əvvəl gündəliyində gizlətdiyi Pokemon kartına rast gəlib. Bu gün bu nadir kart, kişinin fikrincə, təxminən 8000...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir – Qrafikdə dəyişikliklər mümkündür

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində f...