Səfərbərlik Xidməti Şabranda gənclər üçün tədbir keçirdi

Səfərbərlik Xidməti Şabranda gənclər üçün tədbir keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Şabranda tədbir keçirilib. Şabran rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüş Mədəniyyət Mərkəzində baş tutub.

 

Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

 

Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət barədə də geniş məlumat çatdırıb. Daha sonra SHXÇDX-nın Şabran rayon bölməsinin rəisi polkovnik-leytenant Fuad Hüseynov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər.

 

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.

 


OXŞAR XƏBƏRLƏR

Polis Akademiyası kişi kursantlara makiyaj sənətini öyrədir: Belə bacarıqlar nəyə lazımdır?

Yaponiyanın Fukusima şəhərində yerləşən Fukusimaken Keisatsugakko Polis Akademiyasında 60 kursant üçün ixtisasartırma kursu keçirilib. Yaponiyada polis aka...

Kino ssenarisi kimi hadisə: Ata bildiyi şəxs əsl atasının qatili çıxdı

Türkiyənin Muğla şəhərində yaşayan 50 yaşlı Berrin Nalcı ailəsi ilə miras mübahisəsindən sonra DNT testi etdirib. Nalcı test nəticələrindən sonra həyatının şoku...

“Uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir”

“Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata ...

Dünyanın ən gözəl adası: İl boyu günəş var, turist yoxdur - FOTO

Ən gözəl Kanar adalarından biri olan La Palma, mülayim iqlimi, heyrətamiz çimərlikləri və möhtəşəm təbiətinə baxmayaraq, daha məşhur qonşularının kölgəsində qal...

Kağız tullantılarının arasından qiymətli kart tapdı: Dəyərini öyrənənlər şoka düşür

ABŞ-ın Texas ştatından olan 37 yaşlı Camel 20 il əvvəl gündəliyində gizlətdiyi Pokemon kartına rast gəlib. Bu gün bu nadir kart, kişinin fikrincə, təxminən 8000...

ADY gücləndirilmiş rejimdə fəaliyyət göstərir – Qrafikdə dəyişikliklər mümkündür

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində f...