Veysəloğlu Şirkətlər Qrupu vergi ödəyiciləri arasında lider oldu

Veysəloğlu Şirkətlər Qrupu vergi ödəyiciləri arasında lider oldu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü il üçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Adları açıqlanan şirkətlər arasında Veysəloğlu Şirkətlər Qrupuna aid olan biznes subyektləri "Araz Supermarketlər Şəbəkəsi", "Oba Marketlər Şəbəkəsi" və "Veysəloğlu MMC” yer alır.

 

Sfera.az bildirir ki, Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan bu şirkətlərin dövlətə ödədiyi vergi məbləğinin ümumi həcmi 75,7 milyon manat təşkil edir. Siyahıdan göründüyü kimi, "Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti 36,7 milyon manat, "Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti 23,5 milyon manat, "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyət isə 15,5 milyon manat vergi ödəyib.

 

Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 100 vergi ödəyicisinin təhlili həm də göstərir ki, "Araz Supermarket" və "Oba Market" pərakəndə sektoruna aid olan vergi ödəyicilərinin arasında müvafiq olaraq birinci və ikinci yerləri bölüşür. Ümumilikdə ərzaq sektoruna aid olan vergi ödəyən şirkətlər arasında isə Veysəloğlu Şirkətlər Qrupu birinci yerdə qərarlaşıb.

 

Açıqlanan rəqəmlər deməyə əsas verir ki, Veysəloğlu Şirkətlər Qrupu yerli istehlakçılara dəstək verən və əhəmiyyətli sayda iş yerləri yaradan şirkət olmaqla yanaşı, həm də iri vergi ödəyicisi qismində ölkə iqtisadiyyatına lazımi töhfəni vermiş olur.


OXŞAR XƏBƏRLƏR

Yük maşınları yeni qaydada yoxlanılacaq

Yük maşınlarının kütlə parametrləri elektron tərəzilər vasitəsilə yeni qaydada yoxlanılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli ...

Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ liderinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb.   Sfera.az xəbər verir...

BBC-nin həmin bəyanatına - RƏSMİ BAKIDAN CAVAB

“BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, mahiyyətinin BBC tərəfindən təhrif olunması, ...

Bakıda külək güclənib, bölgələrə qar yağır - FAKTİKİ HAVA

Fevralın 20-si saat 18:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri...

Bakı sakini Beşdə 5 lotereyasından 50 500 manat qazandı - FOTO

Bakı sakini Balayev Möhübbət Beşdə 5 tirajlı lotereyasından 50 500 manat qazandı, onu təbrik edirik. Sfera.az bildirir ki, qalib 6 ədəd kombinasiya ...

“Qalatasaray” və “Fənərbağça”nın oyunları bu kanallardanümayiş etdiriləcək

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək bəzi matçlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə baxmaq mümk...