İçkiyə və siqaretə nə qədər pul xərclənir? - Deputat AÇIQLADI

İçkiyə və siqaretə nə qədər pul xərclənir? - Deputat AÇIQLADI

Bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 4,8 milyard manat olub. Dövriyyənin 2,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatı isə qeyri-ərzaq mallarıdır. 


Sfera.az-a mövzu ilə bağlı açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, bu baradə Dövlət Statistika Komitəsi məlumat yayıb. 


Onun sözlərinə görə, 2025-ci ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib:


"Bu ümumi pərakəndə ticarət dövriyyəsinin 4.7 faizidir. Ötən ilin yanvar ayı ilə müqayisədə içkilər və tütün məmulatlarına 1,8 faiz daha çox pul sərf edilib.
DSK-nın pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilər və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtili içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır. Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir. İçki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmasına qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içki və siqaretə xərcləyirlər". 


Deputat qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır:


"Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır.Müqayisə üçün qeyd edək ki, spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistan 3.2,  Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliya 4.2, Kanada 3.7, Almaniya 3.5, Böyük Britaniya 3.4,Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizə malikdirlər. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8%), Serbiya (8.4%), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7%), Macarıstan (7.6%), İndoneziya (7.4%), Latviya (7.4%) və Rusiyadır (7.3%)".


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Yük maşınları yeni qaydada yoxlanılacaq

Yük maşınlarının kütlə parametrləri elektron tərəzilər vasitəsilə yeni qaydada yoxlanılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli ...

Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ liderinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşüb.   Sfera.az xəbər verir...

BBC-nin həmin bəyanatına - RƏSMİ BAKIDAN CAVAB

“BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, mahiyyətinin BBC tərəfindən təhrif olunması, ...

Bakıda külək güclənib, bölgələrə qar yağır - FAKTİKİ HAVA

Fevralın 20-si saat 18:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri...

Bakı sakini Beşdə 5 lotereyasından 50 500 manat qazandı - FOTO

Bakı sakini Balayev Möhübbət Beşdə 5 tirajlı lotereyasından 50 500 manat qazandı, onu təbrik edirik. Sfera.az bildirir ki, qalib 6 ədəd kombinasiya ...

“Qalatasaray” və “Fənərbağça”nın oyunları bu kanallardanümayiş etdiriləcək

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək bəzi matçlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə baxmaq mümk...