Bu halda sürücülər 500 manat cərimə edilir – Bəs maşın cərimə meydançasına aparılır?


Bu halda sürücülər 500 manat cərimə edilir – Bəs maşın cərimə meydançasına aparılır?

Bəzən avtomobillərin istifadəsi zamanı dövlət nömrə nişanları yararsız hala düşür. Əsasən, yol qəzaları, materialında yaranmış qopmalar, hansısa yad cismin nömrənin üzərini örtməsi və nişanın üzərində plyonka qatı xarab olması kimi hallarda. Bu cür vəziyyətlərdə sürücünü hansı məsuliyyət gözləyir. Həmin vəziyyətdə nəqliyyat vasitəsi cərimə meydançasına aparıla bilərmi?

 

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, belə hallarda sürücülərə cərimələr tətbiq olunur:

 

“Sürücü əgər dövlət nömrə nişanının üzərini xüsusi olaraq və bilərəkdən bağlayıbsa yaxud çıxarıbsa, burada cərimə 500 manatdan başlayır. Bəzi hallarda isə avtomobil idarə olunan zaman dövlət nömrə nişanının üzəri palçıqlı olur və onu oxumaq mümkün olmur. Bu zaman vətəndaş 40 manat məbləğində cərimə olunur.

 

Avromobilin həm önündə, həm də arxasında dövlət nömrə nişanı görünən və oxunan vəziyyətdə olmalıdır. Onların hər hansı birində zədə olarsa, birinin üzəri xüsusi olaraq bağlansa və ya ümumiyyətlə nömrənin özü olmasa, bu da artıq məsuliyyət yaradır və sürücü qeyd etdiyim məbləğdə cərimə oluna bilər.

 

Yağmurlu havalarda belə əgər dövlət nömrə nişanı palçıqlı qalıbsa, bu da məsuliyyət yaradır və 40 manat cərimədir. Ona görə də sürücü daimi avtomobilinin dövlət nömrə nişanını təmiz saxlamalıdır”.

 

Ekspert nəqliyyat vasitəsinin cərimə meydançasına aparılması vəziyyətinə də aydınlıq gətirib:

 

“Avtomobilin dövlət nömrə nişanı yoxdursa, onun idarəolunması məhdudlaşdırılır. Sürücüyə həmin avtomobili idarə etməyə imkan verilmir. Həmin nömrə sürücüdən tələb edilir. Əgər yoxdursa, avtomobil cərimə meydançasına aparıla bilər. Sürücü avtomobilin dövlət nömrə nişanının oxunmasının qarşısını alan hər hansı bir cihaz quraşdırıbsa, həmin cihaz müsadirə edilir və vətəndaş yenə də 500 manatdan başlayan məbləğdə cərimə edilir”.


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...