Rasim Balayev Baş nazirə müraciət etdi

Rasim Balayev Baş nazirə müraciət etdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, müraciətdə deyilir:

 

“Şuşanı, Laçını , Kəlbəcəri görməyən, amma onun azad olması üçün canından keçən gənc nəslin milli ruhda formalaşmasında kinomuzun da rolu böyükdür. Amma bu sahədə əldə etdiyimiz uğurlara ciddi təhlükə yaranıb. Belə ki, uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: son otuz ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir. Bunun nəticəsində yeni nəslin, yad dəyərlərin daşıyıcısı olan, xarici dillərdə çəkilmiş filmlərdən asılılığı artır, milli ruha yad, ana dilini, tarixini kamil bilməyən nəsil formalaşması təhlükəsi yaranır. Sosial şəbəkələrin neqativ rolu bu prosesi daha da gücləndirir. Bu tendensiyanın qarşısının alınması üçün uşaq və yeniyetmələrə ünvanlanmış, onları ədəbiyyatı, tarixi və qəhrəmanları ilə tanış edən filmlərin çəkilməsi, onların uşaq və məktəblilər arasında təbliğ edilməsi tələb olunur. Bu məsələdə dövlətimizin təhsil və kino siyasətini həyata keçirən aidiyyəti qurumların birgə işinin təşkil edilməsi məqsədilə, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti “Uşaq kinosunun inkişafı” Dövlət Proqramının qəbul edilməsini vacib sayır”.

 

AKİ sədri Dövlət Proqramının qəbul edilməsini vacib edən arqumentləri sadalayaraq, uşaq və yeniyetmələrə ünvanlanmış filmləri çəkən studiyanın yaradılmasını, animasiya filmlərinin istehsalının dəstəklənməsini təklif edir:

 

“Proqramın məqsədi, uşaq və yeniyetmələrə ünvanlanmış, onların milli ruhda tərbiyələnməsinə xidmət edən filmlərin çəkilməsi, bu filmlərin ünvanına çatdırılması üçün təhsil və kino sahəsi üzrə aidiyyəti qurumların birgə işinin təmin edilməsidir. Kinomuzun Qızıl fonduna daxil olan filmlərinin nümayişlərinin sistemli təşkili, animasiya filmlərimizin qənaətbəxş səviyyəyə qalxması, animasiya istehsalı üçün kadrların hazırlığı, azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş kino zallarının təşkili, məktəblərdə film nümayişi üçün texniki imkanların artması Proqramın əsas vəzifələrindən olmalıdır. Özəl prodüserlərin və investorların bu sahədə passivliyi səbəbindən uşaq və yeniyetmələrə ünvanlanmış bədii və animasiya filmləri çəkən, dövlət tərəfindən dəstəklənən film studiyası da Proqram çərçivəsində yaradıla bilər. Bu studiyanın, fəaliyyətlərini faktiki dayandırmış “Azanfilm” və “Yaddaş” studiyalarının bazasında yaranması məqsədəuyğun olardı”.


OXŞAR XƏBƏRLƏR

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Türkiyəli müğənni Hadisə Bursada verdiyi konsertində qorxu dolu anlar yaşayıb.   Sfera.az Haberler.com-a istinadən xəbər verir ki, fanatı səhnəyə qaç...

Gənclərin öldüyü partlayışa görə ev sahibi cəzalandırıldı

Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada 2 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa ...

Ukrayna PUA-ları Samarada neft zavodunu belə vurdu – ANBAAN VİDEO

  Ötən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Samara vilayətindəki Sızran neft emalı zavoduna hücum edib.   Sfera.az xəbər verir ki, ...

Ölkədə saxta spirtli içkilərlə mübarizədə hansı tədbirlər görülür? - SORĞU

Xəbər verdiyimiz kimi, Türkiyənin bir sıra şəhərlərində saxta spirtli içkilərdən kütləvi zəhərlənmə və ölüm hadisələri baş verib. Belə ki, Ankara şəhərində saxt...

Gənc aktrisa HƏDƏLƏNDİ: Gizlincə fotolarını çəkib...

Türkiyədə “Leyla” serialında rol alan Cemre Baysel xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, serialın çəkiliş meydan...

"Dünyada sülhə nail olmağın yeganə yolu çoxtərəfli əməkdaşlıqlardır" - Sahibə Qafarova

Azərbaycan BMT-nin qətnamələrini təkbaşına yerinə yetirib, öz ərazi bütövlüyünü bərpa edib.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin sədri...