“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

“Qadın Dəstək Xətti” (QDX) 2024-cü il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb. İl ərzində xidmətə ümumilikdə 1623 müraciət daxil olub. QDX çətin həyat şəraitində olan qadınların müraciətlərinə operativ şəkildə reaksiya verərək ilkin psixoloji yardım göstərib, ehtiyac olduqda qadınlarla fərdi görüşlər təşkil edib və ya sorğunun müvafiq qurumlara yönləndirilməsini təmin edib.

 

QDX-nin əsas məqsədi yardıma ehtiyacı olan qadınlara psixoloji, hüquqi, sosial və emosional dəstək göstərmək, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yardım etməkdir. Xidmətə müraciət edən qadınların məlumatlarının məxfiliyi tam qorunur. Sorğu yalnız qadınların razılığı əsasında dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələrinə ötürülə bilər. Xidmət icma əsaslı hüquq klinikaları, reabilitasiya mərkəzləri, sığınacaqlar və hüquqi məsləhət verən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. “Qadın Dəstək Xətti”, həmçinin zorakılıq qurbanı olan qadınlar və onların övladlarına həm qısamüddətli, həm də uzunmüddətli dəstək göstərir.

 

Hesabat ilində daxil olan müraciətlərin təsnifatına əsasən zənglərin əksəriyyəti hüquqların qorunması (495), boşanma prosesi ilə bağlı çətinliklər (472) və məişət zorakılığı halları (304) ilə bağlı olub. Zənglərin digər hissəsi sosial-maddi rifah (267), sığınacaqla təmin olunma (43), səhiyyə hüququnun təmin edilməsi (42) mövzularını əhatə edib.

 

Xatırladaq ki, “Qadın Dəstək Xətti” 2022-ci ildə “Azercell”in təşəbbüsü ilə yaradılıb. Xidmət lider mobil operator, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir. Xidmətin əlçatanlığını artırmaq məqsədilə “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, feysbukinstaqram və TikTok səhifələri vasitəsilə xidmət göstərir.

 

“Azercell Telekom” MMC fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi “Azercell” səhifəsinə daxil olun.


OXŞAR XƏBƏRLƏR

İranda qızlar məktəbində yanğın: 15 şagird...

İranın Zəncan şəhərinin "Bahünər" qızlar məktəbində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. &n...

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Türkiyəli müğənni Hadisə Bursada verdiyi konsertində qorxu dolu anlar yaşayıb.   Sfera.az Haberler.com-a istinadən xəbər verir ki, fanatı səhnəyə qaç...

Gənclərin öldüyü partlayışa görə ev sahibi cəzalandırıldı

Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada 2 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa ...

Ukrayna PUA-ları Samarada neft zavodunu belə vurdu – ANBAAN VİDEO

  Ötən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Samara vilayətindəki Sızran neft emalı zavoduna hücum edib.   Sfera.az xəbər verir ki, ...

Ölkədə saxta spirtli içkilərlə mübarizədə hansı tədbirlər görülür? - SORĞU

Xəbər verdiyimiz kimi, Türkiyənin bir sıra şəhərlərində saxta spirtli içkilərdən kütləvi zəhərlənmə və ölüm hadisələri baş verib. Belə ki, Ankara şəhərində saxt...

Gənc aktrisa HƏDƏLƏNDİ: Gizlincə fotolarını çəkib...

Türkiyədə “Leyla” serialında rol alan Cemre Baysel xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, serialın çəkiliş meydan...