Tural Sadıqlı keçmiş həyat yoldaşını döyüb - ŞOK SƏS YAZISI
![Tural Sadıqlı keçmiş həyat yoldaşını döyüb - ŞOK SƏS YAZISI](https://sfera.az/photo/orginal/2025/02/13/1739474281_tural998.jpg)
“Youtube”da “Azad söz” kanalının aparıcısı Tural Sadıqlının keçmiş həyat yoldaşı Şəlalə Məmmədova Tural Sadıqlı tərəfindən şiddətə məruz qaldığını mətbuat vasitəsilə ictimailəşdirib.
Sfera.az-ın xəbərinə görə, hazırda Rusiya Federasiyasında yaşayan Şəlalə Məmmədova keçmiş həyat yoldaşı ilə Almaniyada birgə yaşadığı dövrdə üzləşdiyi zorakılığa dair video və səs yazılarının xəbər kanallarına göndərərək Almaniya Federal Prokurorluğuna müraciət etməyə hazırlaşdığını bildirib.
“Tural Sadıqlı ayrıldıqdan sonra sosial şəbəkələr üzərindən psixoloji basqıları davam etdirərək mənim geri qayıtmağımı tələb edir. Bu da bizim 7 yaşlı qızımız Aylinə psixoloji travma yaşadır” deyərək Ş.Məmmədova şikayət etməyə israrlı olduğunu bəyan edib.
Təəssüf doğuran hal odur ki, insan hüquqlarını prioritet istiqamət seçdiyi bəyan edən Almaniya bir şəxsi şiddətə məruz qoyan, şəxsiyyətini alçaldan Tural Sadıqlı kimilərin əməllərinə göz yumur, hətta qoruyur, müdafiə edir.(Pravda.az)