İşğal illərində Azərbaycanın təbiətinə vurulan maddi ziyan açıqlandı


İşğal illərində Azərbaycanın təbiətinə vurulan maddi ziyan açıqlandı

1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə bu gün keçirilən məhkəmə prosesində Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli elan edib.

 

Həmçinin o, Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını açıqlayıb.

 

Bildirilib ki, 1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.


OXŞAR XƏBƏRLƏR

Melaniya Tramp ictimai məkandan yoxa çıxıb

54 yaşlı ABŞ-ın birinci xanımı Melaniya Tramp sonuncu dəfə yanvarın 24-də həyat yoldaşını Şimali Karolina və Kaliforniyada müşayiət edərkən ictimaiyyət qarşısın...

Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb -SƏBƏB
Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb. Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 mi...

“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır

“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır.   Sfera.az xəbər verir ki, bu barədə APA hök...

ABŞ-nin təyyarədaşıyan gəmisi Misir sahillərində qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi "Harry Truman” Misir sahillərində ticarət gəmisi ilə toqquşub.   Sfera.az xəbər verir k...

Tural Sadıqlı keçmiş həyat yoldaşını döyüb - ŞOK SƏS YAZISI

“Youtube”da “Azad söz” kanalının aparıcısı Tural Sadıqlının keçmiş həyat yoldaşı Şəlalə Məmmədova Tural Sadıqlı tərəfindən şiddətə məruz...

Türkiyədə avtobus aşıb, dörd nəfər ölüb, 24 yaralı var

Türkiyənin Bingöl vilayətində sərnişin avtobusu aşıb.   Sfera.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.   Had...