Paraqvay parlamentinin Azərbaycanla dostluq qrupu tezliklə Bakıya səfər edəcək
![Paraqvay parlamentinin Azərbaycanla dostluq qrupu tezliklə Bakıya səfər edəcək](https://sfera.az/photo/orginal/2025/02/13/1739442112_90b159f5-7f54-324e-842c-8fcf3a3b7e5a_850.jpg)
Paraqvay parlamentində Azərbaycanla dostluq qrupu tezliklə Bakıya səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Paraqvayın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbulu zamanı məlumat verilib.
Görüş zamanı Azərbaycan ilə Paraqvay arasında parlamentlərarası, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.
Paraqvay parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə ölkəmizə səfər edəcəyi bildirilib, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Bildirilib ki, Paraqvay region ölkələrinə öz ixracının artırılması üçün Azərbaycanı logistik mərkəz kimi görür.