TKT imtahanına qeydiyyat elan edildi

TKT imtahanına qeydiyyat elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir.

 

DİM-dən Sfera.az-a bildirilib ki, imtahan aprelin 19-da keçiriləcək. Qeydiyyat martın 5-dək davam edəcək.

 

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

 

TKT Modul 1

 

TKT Modul 2

 

TKT Modul 3

 

TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

 

TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

 

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

 

İmtahana link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edildi - Prezidentdən SƏRƏNCAM

Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.   Sfera.az xəbər verir...

2024-cü ildə 108 nəfərə mühafizə orderi verildi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında 2024-cü ildə 108 nəfərə mühafizə orderi verilib.   Sfera.az xəbər verir ki...

Prezident Samir Şərifova daha bir vəzifə verdi - SƏRƏNCAM

Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri dəyişib.   Sfera.az xəbər verir ki, bu, Prezident İ...

Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərənc...

Özbəkistan apreldə ilk Aİ-Mərkəzi Asiya sammitinə ev sahibliyi edəcək

Özbəkistanda 3-4 aprel tarixində ilk dəfə Aİ-Mərkəzi Asiya sammiti keçiriləcək.   Sfera.az-ın Aİ-yə istinadən verdiyi məlumata görə, sammit Avropa İt...

Lavrov: "Putinlə Trampın danışığı çoxunu mat qoydu"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında baş verən son telefon danışığından bəhs edərkən ...