Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi? - AÇIQLAMA


Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi? - AÇIQLAMA

Bu gün Azərbaycanda təhsil sistemində repetitorluq geniş yayılıb. 1-ci sinifdən etibarən uşaqlar repetitor yanına getməyə başlayır, sanki məktəb mövcud deyilmiş kimi.

 

Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi?

 

Sfera.az xəbər verir ki, təhsil mütəxəssisi Kamran Əsədov hesab edir ki, repetitor sisteminin ləğv edilməsi tədricən həyata keçirilməlidir. Lakin bu halda məktəblərin bu boşluğu doldurmaq üçün hazır olub-olmadığı sual doğur. Məktəblər, müəllimlər və şagirdlər arasında balans yaradılmadan repetitorluğun ləğvi problemləri həll etmir.

 

Əgər məktəb mövcud tədris proqramı ilə lazımi nəticəni əldə etmirsə, repetitorluq yerini nə ilə dolduracaq?

 

"Repetitorluğun tamamilə aradan qaldırılması təhsilin keyfiyyətini yaxşılaşdırmadan mümkün deyil. Təhsildə həqiqi islahatlar edilmədən repetitorluğu ləğv etməyə çalışmaq xəstəliyin müalicəsi olmadan dərman atmağa bənzəyir. Əsas məqsəd məktəblərdə o cür təhsil vermək olmalıdır ki, repetitorlara ehtiyac qalmasın.

 

İbtidai siniflərdə uşaqların repetitor yanına göndərilməsi onların uşaqlığını əlindən alır. Lakin orta və yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə dəstək hər zaman lazım ola bilər. Hər bir şagird fərqli öyrənir və məktəbdə hər kəsin eyni templə öyrənməsi mümkün deyil. Bu səbəbdən repetitorluq bir məcburiyyət deyil, bir seçim olmalıdır.

 

Əgər məktəblər güclü olsa və təhsil keyfiyyəti artarsa, repetitorluq öz-özünə azalacaq. Lakin məktəbləri dəyişdirmədən sadəcə repetitorluğu ləğv etməklə uşaqların əlindən imkanları almış olarıq. İslahatlar təhsilin zəif tərəflərindən yox, bütün sistemdən başlamalıdır!"


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...