Xəbərdarlıq: Sizə gələn xarici mesajlar...


Xəbərdarlıq: Sizə gələn xarici mesajlar...

Ani mesajlaşma tətbiqləri üzərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından dələduzluqlar həyata keçirilir.

 

Sfera.az xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

 

Qeyd olunub ki, müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək onlar saxta keçidlərə yönləndirilir:

 

"Həmin keçidlər vasitəsilə məhsulun ödənişini almaq üçün vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.

 

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir".

 

Xatırladaq ki, daha əvvəl də “Azərpoçt”un adından vətəndaşlara qarşı dələduzluq hallarına yol verilib.


OXŞAR XƏBƏRLƏR

Şeytanın pulu: Hollandiyada qeyri-adi xəzinə tapıldı

Hollandiyada arxeoloqlar qızıl və gümüş əşyalar, həmçinin yüzlərlə sikkə olan üç erkən orta əsr dəfinələri aşkar ediblər.   Sfera.az xəbər verir ki, ...

100 gün ərzində çiy toyuq yeyən adamın ürəkbulandıran təcrübəsi

Çiy toyuq yemək ölümcül bakteriya daşıdığını bilirik, elə deyilmi? Amma kimsə bir gün: “Görəsən, həqiqətən xəstələnəcəyəmmi?” - deyə düşünüb.  ...

Üç həkim tərəfindən “ölü” diaqnozu qoyulan və yarılmadan öncə oyanan məhkum - FOTO

Bir səhər kamerasında ölü tapılan məhbus bir neçə saat ərzində morqda inanılmaz dərəcədə dirildilib. Hətta həkimlər də bu vəziyyəti başa düşə bilməyiblər. Bu ha...

Nadir bunun üçün görünüşünü dəyişib -FOTO

Bir neçə ay əvvəl "Avroviziya" təmsilçilərimizdən olan Nadir Rüstəmli görünüşündə dəyişiklik etmişdi.   Sfera.az xəbər verir ki, ...

Aİ “missiyası” Azərbaycan sərhədində müşahidə apardı

Avropa İttifaqının (Aİ) “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.   Sfera.az xəbər verir ki, bu barədə  &ldquo...

Xanımı Azərin vəfatından sonra ilk dəfə... - VİDEO

Aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva həyat yoldaşının vəfatından sonra ilk dəfə danışıb.   Sfera.az xəbər verir ki, aktyor Elşən Or...