Bakıda əməliyyat: saxlanılanlar arasında qadın da var - VİDEO


Bakıda əməliyyat: saxlanılanlar arasında qadın da var - VİDEO

Polis Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib, 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb.

 

DİN-dən Sfera.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ci ilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın fakt aşkarlanıb.

 

Sonuncu əməliyyatlar zamanı Natəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və Güləli Saqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Ümumilikdə isə idarə əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlərlə 25 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

 

Saxlanılanların əksəriyyəti narkotikləri şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

 

Faktlarla bağlı araşdırmalar aparılır. Saxlanılan şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Pentaqon rəhbəri: Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtması mümkün deyil

Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtmaq cəhdləri qeyri-real məqsəddir.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset B...

Kolumbiyalı velosipedçi faciəvi şəkildə vəfat etdi

Kolumbiyalı velosipedçi Xuan David Kardenas məşq zamanı mikroavtobusla toqquşaraq faciəvi şəkildə vəfat edib.   Sfera.az-ın “A Bola”...

Bu ərazilərdə qaz olmayacaq

Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Xəzər rayonu ərazisində “Hacı Mövlan” ölçü qovşağı üzərində filtrin quraş...

Pezeşkian: ABŞ İsraili İrana hücum etməyə təhrik edir

ABŞ İsraili İrana qarşı silahlı təcavüzə təhrik edir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian dövlət te...

III MDB oyunları: Təşkilat Komitəsinin ilk iclası keçirildi

Fevralın 12-də Azərbaycan Prezidentinin 2024-cü il 10 iyul tarixli Sərəncamı ilə yaradılan III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkil...

Avtobus marşrutları üzrə müsabiqənin qalibləri bəlli oldu

Bakı-Şəki, Gəncə-Lənkəran və Gəncə-Mingəçevir şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.   Bu barədə Sfera.az-...