Ötən ay metroda sərnişin daşınması ARTIB

Ötən ay metroda sərnişin daşınması ARTIB

Bakı metrosunda yanvar ayında sərnişin daşınması artıb. 

 

Sfera.az-a “Bakı Metropoliteni QSC”dən verilən məlumata görə, 2025-ci ilin yanvarında 17,98 milyon sərnişin daşınıb. 

 

Bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 4.6% artım deməkdir. 

 

İstifadəçilərin 580 min 213-ü güzəştli sərnişinlər olub. Orta hesabla gün ərzində 580 min 141 sərnişin daşınıb.

 

Ən çox sərnişin yanvar ayının 10-da (710 min 773), ən az isə ayın 19-da (367 min 897) qeydə alınıb. 

 

Yanvar ayı ərzində 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub. Bu isə bütün ödənişli sərnişinlərin 21.14 faizi deməkdir. Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111. 

 

Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131)

 

Yanvar ayı ərzində “Əlçatan metro” xidmətindən sağlamlıq və metrodan istifadə imkanları məhdud 60 sərnişin istifadə edib. 

 

Ən çox sərnişin “Koroğlu” (1 milyon 569 min 567), “28 May” (1 milyon 456 min 460) və “20 Yanvar” stansiyalarına daxil olub (1 milyon 378 min 979). 

 

Ümumi olaraq, ilk onluq belədir:  

 

“Koroğlu” - 1 milyon 569 min 567 nəfər
“28 May” - 1 milyon 456 min 460 nəfər
“20 Yanvar” - 1 milyon 378 min 979 nəfər
“Nərimanov” - 1 milyon 264 min 553 nəfər
“Gənclik” - 1 milyon 183 min 818 nəfər
“Neftçilər” -1 milyon 42 min 191 nəfər
“Elmlər Akademiyası” - 988 min 674 nəfər
“Əhmədli “- 947 min 560 nəfər
“İnşaatçılar” - 878 min 650 nəfər
“Sahil” - 876 min 180 nəfər

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Pentaqon rəhbəri: Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtması mümkün deyil

Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtmaq cəhdləri qeyri-real məqsəddir.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset B...

Kolumbiyalı velosipedçi faciəvi şəkildə vəfat etdi

Kolumbiyalı velosipedçi Xuan David Kardenas məşq zamanı mikroavtobusla toqquşaraq faciəvi şəkildə vəfat edib.   Sfera.az-ın “A Bola”...

Bu ərazilərdə qaz olmayacaq

Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Xəzər rayonu ərazisində “Hacı Mövlan” ölçü qovşağı üzərində filtrin quraş...

Pezeşkian: ABŞ İsraili İrana hücum etməyə təhrik edir

ABŞ İsraili İrana qarşı silahlı təcavüzə təhrik edir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian dövlət te...

III MDB oyunları: Təşkilat Komitəsinin ilk iclası keçirildi

Fevralın 12-də Azərbaycan Prezidentinin 2024-cü il 10 iyul tarixli Sərəncamı ilə yaradılan III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkil...

Avtobus marşrutları üzrə müsabiqənin qalibləri bəlli oldu

Bakı-Şəki, Gəncə-Lənkəran və Gəncə-Mingəçevir şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.   Bu barədə Sfera.az-...