Uşaq cərrahı çöpçülərlə bağlı valideynlərə müraciət etdi
![Uşaq cərrahı çöpçülərlə bağlı valideynlərə müraciət etdi](https://sfera.az/photo/orginal/2025/02/12/1739361435_b0513ce9-7fb6-3ef1-9f05-ca3827a6d6b2_850.jpg)
Cəmiyyət
15:58 / 12.02.2025
6395
Uşaqlarda yad cismin udulması halı yaşanarsa, valideynlər öncə çöpçüyə yox, mütəxəssislərə müraciət etsinlər.
Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev “Uşaqlarda yad cismin udulması” mövzusunda danışarkən bildirib.
O bildirib ki, tibbi savadı olmayan şəxslərin sözügedən halla əlaqədar uşaqlara müdaxiləsi düzgün deyil:
“Bu işlə mütəxəssislər məşğul olmalıdır. Əgər uşaq yad cisim udubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki çöpçülər həyati təhlükə yarada biləcək hallara yol verir. Biz çöpçülərdən gələn ağır halları görürük”.