Logo

Texniki müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edildi

Texniki müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, həmin mərkəzlər həftənin 1 və 4-cü günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR