Azərbaycanda partlayış oldu - Xəsarət alan var
![Azərbaycanda partlayış oldu - Xəsarət alan var](https://sfera.az/photo/orginal/2025/02/11/1739269366_1717151942_tty-1.jpg)
Cəmiyyət
14:19 / 11.02.2025
3641
Gəncədə evdə qaz sızmasından partlayış olub.
Sfera.az APA- ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Eldar Həsənov yanıq xəsarəti ilə xəstəxanya yerləşdirilib. Onun Bakıdakı Yanıq Mərkəzinə göndərilməsi nəzərdə tutulub.
İlkin məlumata görə, E.Həsənovun yaşadığı evin hamamında qaz sızması nəticəsində su qızdırıcısı partlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.