“Rus evi” Azərbaycanı yaxın günlərdə tərk etməlidir” - Deputat

“Rus evi” Azərbaycanı yaxın günlərdə tərk etməlidir” - Deputat

“Azərbaycandakı “Rus evi”nin fəaliyyətinə ölkə qanunvericiliyini pozduğuna görə xitam verilib. “Rus evi” Azərbaycanı yaxın günlərdə tərk etməlidir”​.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə deyib.

 

O xatırladıb ki, AZAL-a məxsus təyyarənin vurulmasından sonra bəzi rusiyalı deputatlar da Azərbaycana qarşı çıxışlar etməyə başladılar:

 

“Bu, Azərbaycanın apardığı siyasətə zidd olduğuna görə, onların ölkəyə gəlişinə qadağa qoyuldu. “Rus evi” ilə əlaqədar məsələyə gəlincə, illər öncə də belə problem yaşanmışdı. Onların Azərbaycana qarşı siyasət yürütdükləri bildirilmişdi. Sonradan hadisələr səngidi".

 

Deputat qeyd edib ki, hazırda yenidən bu məsələ gündəmə gəlib və Rusiyaya nota göndərilib.

 

“Hesab edirəm ki, “Rus evi”nin heç bir əhəmiyyəti yoxdur. Qurumun ölkəmizdə fəaliyyəti iki ölkə arasında problemlərə səbəb olursa, onların müqaviləsinin ləğv edilməsinin tərəfdarıyam. Əgər dövlət siyasəti də bunu tam şəkildə üzə çıxarıbsa, onların yaxın günlərdə Azərbaycanı tərk etmələri ilə bağlı məsələ həll edilsə daha yaxşıdır”.

 

Xatırladaq ki, Azərbaycandakı “Rus evi”nin fəaliyyətinə ölkə qanunvericiliyini pozduğuna görə xitam verilib.


OXŞAR XƏBƏRLƏR

Prezidentin köməkçisi: Azərbaycanda USAİD-in fəaliyyətinə yer yoxdur

“21.11.2023 tarixində paylaşdığım bu postu yada salıram. “Maskaları çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur”.   Sfer...

"Neftçi" – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

Misli Premyer Liqasının XXIII turunda keçiriləcək "Neftçi" – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.   Klubdan Sfe...

Samir Nuriyev Xankəndidə iclas keçirdi - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada hə...

Sürücülər üçün növbəti imtahan keçiriləcək

Fevralın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və b...

Kennedinin qətli ilə bağlı MİNLƏRLƏ GİZLİ SƏNƏD ÜZÜ ÇIXDI

Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı sənədləri araşdırmaq və açıqlamaq vəzifəsi daşıyan şuraya heç vaxt tə...

Xarici nömrələrlə onlayn qumar təşkil edirmişlər - Əməliyyat görüntüləri

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin...