Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı

Rusiya şəbəkəsinin üzvü olan Elçin Həsənovun əmlaklarının siyahısı

Rusiyanın “Rossotrudniçestvo” təşkilatının fəaliyyəti dayandırıldıqdan və qurum Üzeyir Hacıbəyli küçəsində yerləşən ofisdən çıxdıqdan sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun qaynı olan iş adamı Elçin Həsənovun əl-ayağa düşərək “Russkiy dom” üçün yeni ofis axtarışına çıxdığı barədə xəbər verilib.

 

Bununla yanaşı, onun da üzv olduğu və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi Rusiyanın Azərbaycandakı şəbəkəsi barədə də ötən gün “Qafqazinfo”da məlumat paylaşılıb. Düzdür, Ramiz Mehdiyev və keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bu məlumatı təkzib etməyə çalışıblar. Amma onların arqumentsiz açıqlamaları çətin ki, ictimai rəydə dönüş yarada bilər. 

 

Dünən material dərc olunduqdan sonra sayta Elçin Həsənovun fəaliyyəti ilə bağlı müxtəlif mənbələrdən yeni məlumatlar daxil olur. Onları ümumiləşdirdikdən sonra gəlinən qənaət belə oldu ki, E.Həsənov və onun mənsub olduğu şəbəkə Rusiyanın Azərbaycanda mövqelərinin möhkəmlənməsi üçün əllərindən gələni edirlər. 

 

İlk növbədə onu qeyd edək ki, Elçin Həsənov Rusiya vətəndaşıdır, uzun müddət orada yaşayıb və mebel istehsalı ilə məşğul olan “Альтернатива” şirkətində işləyib. Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin olunandan sonra, o, Bakıya gəlib. Sabiq nazir qohumunu rəhbərlik etdiyi qurumun işlərinə cəlb edib. İş o yerə çatıb ki, 2015-ci ildə E.Həsənov nazirliyin tabeliyində olan Su idman sarayının direktoru da təyin olunub. Özü də Rusiya vətəndaşı ola-ola. 

 

Bundan başqa, E.Əhmədov A.Rəhimovun müxtəlif tapşırıqlarını icra etməyə başlayıb və nazirlikdə kadr təyinatlarında söz sahibinə çevrilib. O, həyat yoldaşının adına yaratdığı şirkət vasitəsilə Gənclər və İdman Nazirliyinin balansında olan və Heydər Əliyev prospektində yerləşən binaları müxtəlif şirkətlərə yüksək məbləğlərlə icarəyə verib.

 

Fotoda: Heydər Əliyev prospektindəki binalar

 

 

Əldə olunan vəsaitlər isə E.Həsənov vasitəsilə Rusiyaya çıxarılıb və orada çoxsaylı daşınmaz əmlak alınıb. Məsələn, Moskvada Rublyovskoye şosse 97 saylı, İstrinskaya küçəsi 3 saylı və digər binalarda E.Həsənova məxsus çoxlu sayda mənzil var. 

 

Fotoda: Moskva, Rublyovskoye şosse, 97 saylı bina

 

 

Fotoda: Moskva şəhəri, İstrinskaya küçəsi, 3 saylı bina

 

 

E.Həsənov təkcə Moskvada və Rusiyanın digər şəhərlərində deyil, həmçinin Bakıda da daşınmaz əmlaklar əldə edib, biznes qurub. Məsələn, Babək prospektində yerləşən “Sun Cars” avtosalonunun ona məxsus olduğu bildirilir.  

 

 

Yenidən şəbəkə məsələsinə qayıdaraq qeyd edək ki, Rusiya xüsusi xidmət orqanları ilə yaxın olan  yüksəkçinli məmurlar hələ də var. Onların sifarişləri ilə bəzi layihələr həyata keçirilir, hesabatlar hazırlanır, ictimaiyyətə yalan və bəzən də şişirdilmiş məlumatlar verilir. Təbii ki, bunların da ifşa olunmasına çox qalmayıb.

 

Mövzu ətrafında araşdırmalar davam edir.


OXŞAR XƏBƏRLƏR

Kennedinin qətli ilə bağlı MİNLƏRLƏ GİZLİ SƏNƏD ÜZÜ ÇIXDI

Federal Təhqiqat Bürosu (FTB) ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı sənədləri araşdırmaq və açıqlamaq vəzifəsi daşıyan şuraya heç vaxt tə...

Xarici nömrələrlə onlayn qumar təşkil edirmişlər - Əməliyyat görüntüləri

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin...

İran Trampı təhqir etdi

ABŞ-la danışıqlar aparmaq və güzəştə getmək istəyənlər Amerika ilə heç vaxt danışıqlar aparmayacağımız barədə ali rəhbərdən aydın cavab aldılar.   Sf...

Lunyov "Qarabağ"dan buna görə gedibmiş - Özü AÇIQLADI

"Qarabağ" mənə qalmağı təklif edirdi".   Sfera.az oxu.az-a istinadla xəbər verir ki, bunu hazırda "Dinamo Moskva" klubunda ç...

FTB Kennedinin sui-qəsdinə dair 2400 məxfi qeyd tapdı - FOTO

ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı əvvəllər rəsmi komissiyaya təqdim edilməmiş təxminən 2400...

Azərbaycan səfiri İran XİN-də ikitərəfli əlaqələri müzakirə etdi

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin konsulluq, xaricdə yaşayan iranlılar və parlament məsələri üzrə müavini Vahid Cəlalzadə ilə...