DTX Azər Bağırovu İordaniyada tutaraq Azərbaycana gətirdi

DTX Azər Bağırovu İordaniyada tutaraq Azərbaycana gətirdi

Bakı şəhəri Səbail rayon məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Azər Akif oğlu barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.

 

Sfera.az-ın əldə etdiyi məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib.

 

İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.

 

Məhkəmə Bağırov Azər Akif oğlu barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

 


OXŞAR XƏBƏRLƏR

Somalidə terrorçular hərbi bazaya hücum etdi

"İslam Dövləti" (İŞİD) terror qruplaşması gecə Somalinin şimal-şərqində yerləşən Puntlend ştatındakı hərbi bazalara hücum edib.   Sfera.az ...

Tramp rüşvətxorluqla bağlı qadağanı aradan qaldırdı

Prezident Donald Tramp ABŞ şirkətlərinin xaricdə rəqabət qabiliyyətini artırmaq məqsədilə xarici məmurlara rüşvət verilməsini qadağan edən Xarici Korrupsiya Təc...

Azərbaycanda bunu edənlər 300 manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan şəhərlərində və rayonlarında küçələrin zibillənməsi uzun illərdir, mövcud olan ekoloji və sosial problemlərdən biridir. Xüsusilə böyük şəhərlərl...

Polis müğənninin konsertinə müdaxilə etdi

Dünyaca məşhur ingilis müğənni Ed Şiranın  başına iş gəlib.   Sfera.az xəbər verir ki, sənətçi Banqalorda küçədə ifa edərkən polisin müdaxiləsin...

"Türkmənistan qazının Türkiyəyə tədarükü martın 1-də başlayacaq" - Bayraktar

Türkmənistana məxsus təbii qazın Türkiyəyə tədarükü bu il martın 1-də başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərv...

Heç bir dövlətə aid olmayan bölgə: Bir Tavilin tarixçəsi...

Dünyanın quru ərazisinin demək olar ki, hamısı dövlətlər arasında bölüşdürülsə də bəzi ərazilərin sahibi bəlli deyil. Sahibsiz olan torpaq sahələrindən ən böyüy...