Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb


Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.

 

Sfera.az xəbər verir ki, onun müdafiəçisi, vəkil Avraam Berman Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib.

 

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır.

 

Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.

 

Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

 

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

 

R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.


OXŞAR XƏBƏRLƏR

Tramp rüşvətxorluqla bağlı qadağanı aradan qaldırdı

Prezident Donald Tramp ABŞ şirkətlərinin xaricdə rəqabət qabiliyyətini artırmaq məqsədilə xarici məmurlara rüşvət verilməsini qadağan edən Xarici Korrupsiya Təc...

Azərbaycanda bunu edənlər 300 manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan şəhərlərində və rayonlarında küçələrin zibillənməsi uzun illərdir, mövcud olan ekoloji və sosial problemlərdən biridir. Xüsusilə böyük şəhərlərl...

Polis müğənninin konsertinə müdaxilə etdi

Dünyaca məşhur ingilis müğənni Ed Şiranın  başına iş gəlib.   Sfera.az xəbər verir ki, sənətçi Banqalorda küçədə ifa edərkən polisin müdaxiləsin...

"Türkmənistan qazının Türkiyəyə tədarükü martın 1-də başlayacaq" - Bayraktar

Türkmənistana məxsus təbii qazın Türkiyəyə tədarükü bu il martın 1-də başlayacaq.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərv...

Heç bir dövlətə aid olmayan bölgə: Bir Tavilin tarixçəsi...

Dünyanın quru ərazisinin demək olar ki, hamısı dövlətlər arasında bölüşdürülsə də bəzi ərazilərin sahibi bəlli deyil. Sahibsiz olan torpaq sahələrindən ən böyüy...

Tramp Ukrayna müharibəsi ilə bağlı: "Böyük irəliləyiş əldə etmişik"

Ukrayna münaqişəsinin həllində böyük irəliləyiş əldə olunub.   Sfera.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”...