Ceyhun Bayramov Belarusun yeni səfiri ilə- FOTOLAR


Ceyhun Bayramov Belarusun yeni səfiri ilə- FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusun ölkəyə yeni təyin olunmuş səfiri Dmitri Pineviçi qəbul edib.

 

Bu barədə Sfera.az-aXarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Belarusun Azərbaycana yeni səfiri təyin olunan Dmitri Pineviç etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona diplomatik missiyasında uğurlar arzulayıb.

 

Görüş zamanı Azərbaycan və Belarus arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

 

Tərəflər Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf perspektivlərini, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər.

 

Dövlətlərarası əlaqələrin gücləndirilməsi üçün yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda aparılan dialoqların mühüm rolu qeyd edilib.

 

Bu baxımdan ötən ilin 17 may tarixində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri çərçivəsində işğaldan azad edilmiş ərazilərə getməsinin ölkələrimiz arasındakı strateji tərəfdaşlığın yüksək göstərici olduğu vurğulanıb.

 

Azərbaycan və Belarus arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticari, elmi, təhsil, mədəniyyət, turizm və digər istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə Azərbaycan və Belarus arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə dair atılan addımların ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

 

İqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın istiqamətində Azərbaycan Respublikası və Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun vacibliyi önə çəkilib.
 

Ölkələrimizin regional və beynəlxalq təşkilatlarda, o cümlədən BMT, MDB, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq etdiyi və bu təşkilatlar daxilində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.
 

Səfir Dmitri Pineviç ölkəmizdə diplomatik missiyasına başlamaqdan məmnunluq duyduğunu ifadə edərək, səmimi qəbula görə minnətdarlığını bildirib. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini qeyd edib.
 

Görüş çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Afətdən bu həmkarına AĞIR SÖZLƏR: “Anan qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, bu dəfə də onun hədəfi həmkarı Vəfa Şərifova olub. M...

Əfv sərəncamı nə vaxt imzalanacaq?

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".   Sfera.az bildirir ki,  bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prez...

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini ela...

Bu tibbi Mərkəzin vəzifəli şəxslərinə cinayət işi açıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.   Sfera.az bildirir ki,  Tr...

NASA "Qanlı Ay"ın görüntüsünü paylaşdı - FOTO

2025-ci ilin ilk tam Ay tutulması baş verib. Dünyada nadir müşahidə olunan bu təbiət hadisəsi zamanı Ay qırmızı rəngə bürünüb.    Sfera.az &ldqu...

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...