Dövlət qurumlarından elektron siqaretlə bağlı vətəndaşlara MÜHÜM MÜRACİƏT

Dövlət qurumlarından elektron siqaretlə bağlı vətəndaşlara MÜHÜM MÜRACİƏT

Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət edib.

 

Sfera.az-ın xəbərinə görə, müraciətdə bildirilib ki, son illərdə elektron siqaretlər (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

 

Qeyd olunub ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb: 

 

"Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir. Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsa da, son illərin statistikaları göstərir ki, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb.

 

Veyplərin sağlamlıq üçün riskləri barədə araşdırmalar artdıqca, onların heç də zərərsiz olmadığı, əksinə, müəyyən hallarda ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli ola biləcəyi ortaya çıxıb. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib".

 

Vurğulanıb ki, elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır. Passiv veyp istifadəsi nəticəsində ətrafda olan şəxslər də nikotin və digər kimyəvi maddələri inhalyasiya edirlər. Bu isə xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır:

 

"Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və dumanının xoş qoxuya malik olması onların qapalı məkanlarda istifadəsini daha da artırır. Əgər siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə çarpır. Bu səbəbdən bəzi istifadəçilər veypləri nəqliyyatda, restoranlarda və digər ictimai yerlərdə rahatlıqla istifadə edirlər. Bu isə cəmiyyət üçün daha geniş sağlamlıq problemi yaradır və bu cihazların diqqətdə saxlanılmasının vacibliyini ön plana çıxarır".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Korrupsiya ilə bağlı ƏMƏLİYYATLAR – 43 nəfər cinayət başında YAXALANDI

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında yaxalanıb, habelə axtarışda olan 8 nəfər saxlanılı...

Mahsun Kırmızıgülə ağır itki - FOTO

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülə ağır itki üz verib.   Sfera.az türk mediasına istinadla xəbər verir ki, 55 yaşlı sənətçinin ögey ...

Azərbaycanda 39 məktəb LƏĞV EDİLDİ – RƏSMİ

2024-cü ildə 39 məktəb ləğv edilib, 25 məktəb yaradılıb və 4 məktəbin tipi dəyişdirilib.   Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 202...

Bu şəxslər üçün qısa iş vaxtı TƏTBİQ EDİLƏCƏK – RƏSMİ

Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir. Sfera.az xəbər v...

Dörd yeni planet aşkar edildi - Yerdən kiçikdirlər

Elm adamları, dünyaya ən yaxın ulduz olan Barnard Ulduzunun ətrafında dörd yeni planet aşkar etdiklərini açıqlayıblar. Yeni tapılan planetlərin hamısının dünyad...

Bakıda tıxacların azaldılması üçün yeni yollar SALINACAQ – SİYAHI

Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək layihələr məlum olub.   Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə ...