İnsanların daha xoşbəxt olduqları vaxtlar açıqlandı

İnsanların daha xoşbəxt olduqları vaxtlar açıqlandı

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, insanların əksəriyyəti səhər vaxtı özlərini daha xoşbəxt hiss edirlər. Mənfi əhval-ruhiyyə isə əsasən gecəyarısına yaxın gəlir.

 

Sfera.az xəbər verir ki, tədqiqatın nəticələri "BMJ Mental Health" jurnalında dərc olunub.

 

Bu nəticələr təqribən 50 min nəfərin iştirak etdiyi genişmiqyaslı layihənin məlumatları əsasında çıxarılıb.

 

İki il davam edən tədqiqat çərçivəsində iştirakçılar öz əhval-ruhiyyəsi, xoşbəxtlik səviyyəsi, həyatdan razılıq və digər psixi sağlamlıq aspektləri ilə bağlı suallara cavab veriblər. Məlum olub ki, səhər vaxtı insanlar özlərini daha xoşbəxt hiss edir, gecə isə əhval-ruhiyyə pisləşir.

 

Alimlər, həmçinin müşahidə ediblər ki, həftənin günləri emosional vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərir. Çərşənbə axşamları və yay aylarında insanlar özlərini daha şən və optimist hiss edirlər. Eyni zamanda, həftəsonları psixi sağlamlıq səviyyəsində daha böyük dalğalanmalar müşahidə olunur, bu da daha sabit olan həftəiçi günlərindən fərqlənir.

 

Alimlər əhval-ruhiyyənin gün ərzində dəyişməsini insanın bioloji saatının, xüsusilə də əhval-ruhiyyə və stresi tənzimləyən kortizol hormonunun səviyyəsinin təsiri ilə izah ediblər. Səhər kortizolun pik səviyyəsi əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur, axşam isə onun səviyyəsinin azalması insanların özlərini daha pis hiss etməsinə gətirib çıxarır. (Oxu.Az)


OXŞAR XƏBƏRLƏR

Çin, Rusiya və İrandan ortaq bəyanat: "Sanksiyalar ləğv edilsin"

Çin, İran və Rusiyanın xarici işlər nazirlərinin müavinləri İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Pekində görüş keçiriblər. Görüşün s...

Afətdən bu həmkarına AĞIR SÖZLƏR: “Anan qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, bu dəfə də onun hədəfi həmkarı Vəfa Şərifova olub. M...

Əfv sərəncamı nə vaxt imzalanacaq?

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".   Sfera.az bildirir ki,  bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prez...

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini ela...

Bu tibbi Mərkəzin vəzifəli şəxslərinə cinayət işi açıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.   Sfera.az bildirir ki,  Tr...

NASA "Qanlı Ay"ın görüntüsünü paylaşdı - FOTO

2025-ci ilin ilk tam Ay tutulması baş verib. Dünyada nadir müşahidə olunan bu təbiət hadisəsi zamanı Ay qırmızı rəngə bürünüb.    Sfera.az &ldqu...