Logo

Şahdağda "Hummer" aşdı - Sürücü və həyat yoldaşı...

Şahdağda "Hummer" aşdı - Sürücü və həyat yoldaşı...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fevralın 6-da Şahdağda Qusar rayonunun Laza kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.

O bildirib ki, hadisə saat 18 radələrində baş verib.

"Şahdağ yolu, Laza kənd ərazisində qeydə alınan hadisə zamanı nəqliyyat vasitəsində iki nəfər - sürücü və həyat yoldaşı olub. Qarla əlaqədar olaraq sürüşmə baş verib, "Hummer" markalı nəqliyyat vasitəsi tərsinə banı üzərinə aşıb. Hadisə zamanı xəsarət alan olmayıb".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR