Həkim səhlənkarlığı nəticəsində ölən Nəzrinin atası infarkt keçirdi


Həkim səhlənkarlığı nəticəsində ölən Nəzrinin atası infarkt keçirdi

Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb.

 

Sfera.az "Unikal"a istinadən məlumat verir ki, o, infarkt keçirib.

 

Məsələ ilə bağlı Aydın Abışzadə məlumatı təsdiqləyib:

 

"Bir neçə gün əvvəl infarkt keçirtdim. İki gün xəstəxanada qaldım. "Anju" etdilər, stent qoydular. Əməliyyat olunmağımı istədilər, amma mən razılıq vermədim. Şükür Allaha, indi vəziyyətim normaldır.

 

Nəzrinin ölümündən sonra ürəyim dözmədi. Sanki ürəyim partladı", - deyə o qeyd edib.

 

Xatırladaq ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.

 

İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi üzrə istintaq aparılır. Əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.


OXŞAR XƏBƏRLƏR

Məktəblərdə gələn ildən bu, qadağan olunacaq

Gələn il tədris ilində şagirdlərin dərs zamanı mobil telefonlardan istifadəsi məhdudlaşdırılacaq.   Sfera.az xəbər verir ki, bunu "Qaynarinfo&qu...

Azərbaycanlı gənc Yunanıstanda HƏBS EDİLDİ - VİDEO

Azərbaycanlı gənc Elvin Əhmədov Yunanıstanda həbs edilib.   Bir aydan çoxdur ki, həbsdə saxlanılan İmişli rayonu, Mircəlal kənd sakini Elvin Əhmədov ...

Qurban Qurbanov: "Səbail"lə cavab oyunu daha da gərgin keçə bilər"

Cavab görüşü daha da gərgin keçə bilər.   Sfera.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 f...

“Yadplanetlilər bizə zəng ediblər": Pentaqonun keçmiş əməkdaşı sensasiyalı etiraf edib

ABŞ-ın keçmiş əks-kəşfiyyat agenti Luis Elizondo iddia edib ki, tapılan naməlum uçan obyektlərdə yadplanetlilərin mesajları həkk olunmuş simvollar var. Onun söz...

Harutyunyan Bakıdakı məhkəmədə Paşinyanın yalanını ifşa etdi

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxsl...

MİDA Naxçıvanda yaşayış kompleksi inşa edəcək

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni yaşayış kompleksinin tikintisi ilə bağlı işlərə başlayır.   Sfera.az xəbər verir ki, agentlik yeni y...