Şəmşad Ağa həbs edildi

Şəmşad Ağa həbs edildi

“Meydan TV işi” üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Şəmşad Ağa 2 ay 1 gün müddətə həbs edilib.

 

Qeyd edək ki, o, qaçaqmalçılıqda ittiham olunur.

 

Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.

 

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

 

Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

Türkiyə Prezidenti Azərbaycan səfirinə mükafat verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.   Sfera.az xəbər verir ki, mü...

Ağadadaş Ağayevin səhhətində problem yaranıb - Məhkəmələri təxirə salındı

Xalq artisti Ağadadaş Ağayevin səhhəti pisləşdiyindən onun cinayət işi üzrə məhkəmə prosesləri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu bar...

ADA Universitetinin tələbələri “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” ilə bağlı maarifləndirilib

6 fevral tarixində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tərəfindən Kommunikasiya və Rəqəmsal Media ixtisasının tələbələri üçün &ldquo...

Həkim səhlənkarlığı nəticəsində ölən Nəzrinin atası infarkt keçirdi

Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb.   Sfera.az "Unikal&...

Samir Nuriyev məmurlarla iclas keçirdi - FOTO

Fevralın 6-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib.   Sfera.az xəbər verir ki, Komissiyan...

Azərbaycanda dövlət işçilərinin sayı azalıb

Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1778.5 min nəfər olub, onlardan 882.8 min nəf...