Lerikdə qarın hündürlüyü 21 sm-ə çatıb - Faktiki HAVA

Lerikdə qarın hündürlüyü 21 sm-ə çatıb - Faktiki HAVA

Saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı keçib, Lənkəran-Astara zonasında intensiv olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 133, Astarada 86, Ağdamda 5, Biləsuvarda 4, Neftçala, Tərtərdə 2, Cəlilabad, Beyləqan, Şahbuz, Salyan, Naftalan, Balakən, Zaqatala, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

 

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 21, Yardımlı 10, Qrızda 6, Göygöl, Şəki (Kişçay), Gədəbəydə 1 sm olub.

 

Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçala, Naftalanda 20 m/s, Culfa, Şabranda 18 m/s, Tərtərdə 16 m/s, Şahbuz, Hacıqabulda 15 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.

 

Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Qusar, Yevlax, Zərdab, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

Bu tarixdə qar yağacaq - Yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.   Bu barədə Sfe...

Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki rəqibləri bəlli oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.   Sfera.az xəbər verir ki, B q...

Bakıda məşhur mağazada vətəndaşa pul "atdılar" - FOTO

Son zamanlar alış-veriş zamanı mağazalarda bir məhsulun qiymətinin 2 dəfə çıxılması və ya vitrində bir, kassada başqa qiymətlərlə bağlı şikayətlərlə sıx ra...

Quş qripi ilə bağlı XƏBƏRDARLIQ

Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşru...

Bakıda avtomobillərdən və evlərdən 40 min manatlıq oğurluq edildi

Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub.   Sfera.az ...

Baş Prokurorluq və Səhiyyə Nazirliyi plastik cərrahlarla bağlı məlumat yaydı

Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.   Sfera.az ...