Azərbaycanda iki nazir vəzifəsi BOŞDUR

Azərbaycanda iki nazir vəzifəsi BOŞDUR
Kateqoriya məlum deyil
T

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub. 

 

O, 2018-ci il aprelin 23-dən nazir vəzifəsində çalışırdı.

 

Sfera.az-ın məlumatına görə, bununla da Azərbaycanda boş qalan nazir vəzifələrinin sayı ikiyə çatıb.

 

Belə ki, Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. O, 2006-cı ildən Maliyyə Nazirliyinə rəhbərlik edirdi.

 

Qeyd edək ki, Azərbaycanda 17 nazirlik mövcuddur.(Modern.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR