Bakıda metro vaqonuna su dammasının səbəbi
Bakı Metropoliteni vaqondan suyun niyə dammasına aydınlıq gətirib.
Bildirilib ki, qatar saat 12:00-da “Nərimanov” elektrik deposunun qataryuma sahəsində plana uyğun olaraq su şırnağı ilə təmizlənib, texniki baxışdan keçirildikdən sonra xəttə buraxılıb.
Hadisə ilə bağlı daxil olan məlumat əsasında dərhal texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddət sonra axıntının dayanması müşahidə olunub.
İlkin araşdırmaya əsasən, yuma prosesi zamanı vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb və drenaj sistemi ilə tam xaric olunmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposunda davam etdirilməsi qərara alınıb.
Qatarın hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarıldığı, əvəzinə xəttə başqa bir qatarın buraxıldığı qeyd edilib.