Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM

Pensiyalarla bağlı YENİLİK - Prezidentdən SƏRƏNCAM

Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2025-ci il yanvarın 1-nə 2024-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

 

Nazirlər Kabineti isə Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

Sərəncam 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


OXŞAR XƏBƏRLƏR

Prezidentin köməkçisi: 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi &mi...

Tanınmış müğənniyə ağır

Müğənni Yaşar Cəlilovun ailəsinə ağır itki üz verib.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, sənətçinin anası Maisə xanım gecə saa...

İlham Əliyev beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi - RƏY

III Şuşa Qlobal Media Forumu söz və media azadlığına verdiyi önəmin növbəti göstəricisidir.   Sfera.az xəbər verir ki, bunu Report”a ...

İranda güclü zəlzələ olub

Bu gecə İranın şimalında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytın...

Prezidentin cavablandırdığı suallar- Tam mətn+FOTOLAR

İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığ...

Kürdəmirdə kütləvi zəhərlənmə: 12 nəfərin adı bəlli oldu

Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəz...