18 yaşınadək əlilliyi müəyyən edilən şəxslərlə bağlı YENİLİK

18 yaşınadək əlilliyi müəyyən edilən şəxslərlə bağlı YENİLİK

Azərbaycan qanunvericiliyində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilir.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək, Mülki Prosessual, Ailə, Cinayət, Vergi, Cəzaların İcrası məcəllələrində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik layihəsində öz əksini tapıb.

 

Dəyişikliklərə əsasən bir sıra qanunlarda “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri “əlilliyi olan uşaqlar” sözləri ilə əvəz edilir.

 

Qeyd edilib ki, bütövlükdə qanun layihəsi Birləşmiş Millətlər Təşkilatının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il tarixli Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin uyğunlaşdırılmasını kompleks şəkildə nəzərə almaqla, normativ tənzimləmədə kolliziyanın yaranmamasını və nəticədə qanunvericilik sistemində əlilliyi olan uşaqlara münasibətdə terminoloji vahidliyi təmin edəcək.


OXŞAR XƏBƏRLƏR

Narazı tələbələrə 2 gün möhlət verildi

Sosial şəbəkədə xaricdə təhsil alan tələbələrin köçürülməsi məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyənlərlə bağlı  müraciət vaxtı...

İsrail ABŞ-İran təmaslarına necə reaksiya verəcək? - AÇIQLAMA

Ağ Evin mətbuat katibi Karolayn Livitt brifinq zamanı bildirib ki, ABŞ Tehranla diplomatik əlaqələri davam etdirir və Ağ Ev rəsmi Tehranın nüvə proqramı ilə bağ...

Yol polisi motokuryerlərə nəzarəti gücləndirdi

Motokuryerlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi məqsədilə polis əməkdaşl...

“Neftçi”dən ayrılan futbolçu ərəb klubuna KEÇDİ

“Neftçi”dən ayrılan braziliyalı müdafiəçi Yuri Matias özünə yeni klub tapıb. Sfera.az xəbər verir ki, 30 yaşlı müdafiəçi BƏƏ klubu "A...

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Abşeron çimərliklərində iyulun 9-da şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmət...

CHP-nin İstanbul üzrə sədri barəsində həbs qərarı...

Türkiyədə CHP-nin İstanbul üzrə sədri Özgür Çelik haqqında həbs qərarı verilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. ...