Yaşıl biznesə keçid üçün MÜHÜM ADDIM - “ESGAzerbaijan” portalı İSTİFADƏYƏ VERİLDİ

Yaşıl biznesə keçid üçün MÜHÜM ADDIM - “ESGAzerbaijan” portalı İSTİFADƏYƏ VERİLDİ

Azərbaycanda yaşıl biznesi və ESG standartlarını təşviq edən “ESGAzerbaijan.az” portalı istifadəyə verilib.



Sfera.az xəbər verir ki, “ESGAzerbaijan.az” şirkətlərin və cəmiyyətin ekoloji, sosial və idarəetmə sahələrində daha davamlı və məsuliyyətli fəaliyyət göstərməsini dəstəkləyən bir platformadır.



Yaşıl biznes nədir?



Yaşıl biznes (Green business) ətraf mühitə minimal təsir göstərən, ekoloji cəhətdən davamlı və sosial məsuliyyətli biznes modelidir. Yaşıl biznesə üstünlük verən şirkətlər dayanıqlı istehsal metodlarından istifadə edir, təbii resursları qoruyur və tullantıları minimuma endirməyə çalışır.



ESG anlayışı





ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) şirkətlərin ətraf mühitə təsirini, maraqlı tərəflərlə münasibətlərini və daxili idarəetmə təcrübələrini qiymətləndirmək üçün istifadə etdiyi meyarlar toplusudur. ESG prinsipləri qeyri-maliyyə riskləri və imkanlarını nəzərə almaq məqsədilə sənaye sahələrindəki şirkətlər üçün mühüm standart hesab olunur.

 

ESG-nin əhəmiyyəti



İqlim dəyişikliyi, bərabərsizlik və xətti iqtisadiyyatdan dairəvi iqtisadiyyata keçid kimi qlobal problemlərlə üzləşdikcə ESG təcrübələrinə ehtiyac artır. Bu gün ESG amilləri şirkətin investisiyanı təminetmə qabiliyyətini qiymətləndirməkdə mühüm rol oynayır. Çünki bir çox investor potensial investisiyaları qiymətləndirmək üçün ESG meyarlarından istifadə edir.



ESG qiymətləndirməsi nədir?



ESGAzerbaijan.az” platformasının əsas üstünlüklərindən biri də şirkətlərin ESG qiymətləndirməsinin aparılması üçün xüsusi modulun yaradılmasıdır.



ESG qiymətləndirməsi, şirkətlərin ətraf mühit, sosial məsuliyyət və idarəetmə sahələrindəki performansını ölçən bir sistemdir. ESG qiymətləndirməsi şirkətlərin ətraf mühitə təsirini, sosial məsuliyyətlərini və idarəetmə standartlarını nəzərə alaraq, riskləri və imkanları daha yaxşı anlamağa kömək edir. ESG qiymətləndirməsi investorlar və maraqlı tərəflər üçün daha şəffaf və etibarlı qərarların qəbulunu dəstəkləyir, eyni zamanda uzunmüddətli dayanıqlı böyüməni təşviq edir.



ESG qiymətləndirmə modulu



Şirkətlər “ESGAzerbaijan.az” portalının “Scoring” bölməsinə daxil olaraq fəaliyyətlərinin ESG prinsiplərinə uyğunluq səviyyəsini müəyyən edə bilərlər.



ESG qiymətləndirmə modulu beynəlxalq və milli standartları əsas götürməklə şirkətlərin ESG prinsiplərinə uyğunluğunu hesablamaq üçün nəzərdə tutulub. Bu modul daxil edilən məlumatlar əsasında şirkətin ESG sahəsindəki vəziyyətini qiymətləndirir.



Bundan əlavə, “ESGAzerbaijan.az” portalı ESG qiymətləndirməsinin nəticələrinə uyğun olaraq, şirkətin ESG standartlarına uyğunluğunun daha da təkmilləşdirilməsi üçün məsləhət, konsultasiya xidmətləri, o cümlədən təlim və inkişaf proqramları təklif edir.




OXŞAR XƏBƏRLƏR

"Türkiyə İsraillə bağlı qərarlarına yenidən baxa bilər" - Hakan Fidan

"İsrail fələstinliləri öldürməyi dayandırarsa, Türkiyə bu ölkəyə qarşı mövqeyinə yenidən baxa bilər".    Sfera.az xəbər verir ki, bunu...

"Zelenski dəlidir, ümid edirəm ki, Avropa liderləri..." - Peskov

“Qərb Kiyevi NATO-ya qəbul etmirsə, Ukraynaya nüvə silahı verməli və öz kontingentini bu ölkəyə göndərməlidir”.   Bunu Ukrayna Prezidenti...

Onlar heç nəyi unutmurlar - Astrologiyanın ən kinli BÜRCLƏRİ

Astrologiyaya görə bəzi bürclər kinli olmaqları ilə seçirlir.  Onlar digərlərinə nisbətən daha çox kin saxlaya bilərlər.   Sfera.az bu dəfə həmi...

Bakıda vətəndaşın kartından 5 min manat oğurlandı

Sabunçu rayonu ərazisində bir nəfərin bank kartından 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.   Sfera.az xəbər verir ki, pol...

"Qazaxıstanın yaydığı hesabatılazımi diqqətlə araşdıracağıq" - Rusiya

"Rusiya agentlikləri Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau hava qəzası ilə bağlı hesabatını lazımi diqqətlə öyrənəcəklər".   Sfera.az &nb...

Aİ-nin "müşahidə" missiyasının avantürist addımları sülh prosesinə əngəl yaradacaqmı? - AÇIQLAMA

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. Bu dəfə daha bir qrup Qazax rayonu ist...