Ev almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu tarixdən...

Ev almaq istəyənlərin NƏZƏRİNƏ! - Bu tarixdən...

İpoteka və Kredit Zəmanət Fondu 2025-ci il ərzində ipoteka kreditlərinin verilməsi üçün banklara limitlər ayırıb. Sabah adi ipoteka kreditlərinə, birisi gün isə güzəştli kreditlərə müraciət aktiv olacaq.

 
Sfera.az xəbər veri ki, mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq:

 

“Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur”.

 

Deputat qeyd edib ki, güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur:

 

"Bununla yanaşı, bu il yanvarın 21-də Fond 100 milyon manatlıq istiqrazlar emissiya edib. Bu vəsait adi ipoteka kreditlərinin verilməsi üçün istifadə olunur. Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib. 2025-ci ildə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 2024-cü il ilə müqayisədə 87.7 milyon manatdan 100 milyon manata çatdırıldığı üçün bu il daha çox vətəndaşımızın ipoteka kreditlərindən yararlanacağı gözlənilir. Bu o deməkdir ki, 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək”.

 

Millət vəkili vurğulayıb ki, indiyədək fond tərəfindən 52 min 798 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 338 milyon manatdan çoxdur.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Onların da sertifikatı ləğv olundu- FOTO

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsini ləğv edib.   ...

“Sabah”ın futbolçusu cəzalandırıldı

“Sabah”ın futbolçusu İqor Noqeyra Misli Premyer Liqasının XXI turunda “Kəpəz”lə oyunda qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalandır...

"USAİD 100-dən çox ölkədə fəaliyyət göstərən cinayət şəbəkəsidir" - Rusiya rəsmisi

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 100-dən çox ölkədə fəaliyyət göstərən və illik 50-60 milyard dollar büdcəni idarə edən cinayətkar şəbəkəyə çevrilib. ...

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu gün İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəri...

Azərbaycan və Monqolustan nəqliyyat sahəsində sazişlər imzalaya bilər

Monqolustan Azərbaycanla beynəlxalq avtomobil və hava nəqliyyatı ilə daşımalar haqqında sazişlər imzalamağı planlaşdırır.   Bu barədə Sfera.az M...

Dünyanın ən bahalı rəsm əsərləri - Yüz milyon DOLLARLIQ KOMPOZİSİYALAR

Dünyanın müxtəlif ölkələrində keçirilən hərraclarda bəzi rəsm əsərlərinə böyük məbləğdə vəsaitlərin ödənilməsi faktlarına çox rast gəlinib. Dəyəri yüksək olan r...