MÜTDA-ya direktor müavinləri təyin olundu

MÜTDA-ya direktor müavinləri təyin olundu

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub.

 

Sfera.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrləri ilə Vəfa Yaqublu və Arslan Hacıyev bu vəzifələrə təyin ediliblər.

 

Qeyd edək ki, Vəfa Yaqublu müxtəlif dövrlərdə ali təhsil müəssisələrində müəllim, baş müəllim, Elm və Təhsil Nazirliyində baş məsləhətçi vəzifələrində çalışıb.

 

O, 2022-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə, Məktəbəqədər və ümumi təhsil siyasəti şöbələrinin müdiri olub. V.Yaqublu Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda "Rus dili və ədəbiyyat müəllimliyi" ixtisası üzrə təhsil alıb.

 

Arslan Hacıyev isə 2012-2022-ci bir sıra dövlət qurumlarında müxtəlif rəhbər vəzifələrdə işləyib. Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub. 2024-cü ilin noyabr ayından isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Arslan Hacıyev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, daha sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Niderlandın "Maastricht School of Management" və ADA Universitetində "Beynəlxalq biznes" ixtisası üzrə təhsilini davam etdirib.

 

Həmçinin o, 2020-ci ildə Layihələrin idarə edilməsi üzrə beynəlxaq sertifikat ("Project Management Professional" (PMP)) əldə edib.


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...