AZAL təyyarəsinin hər iki mühərriki qəza anınadək... - HESABAT


AZAL təyyarəsinin hər iki mühərriki qəza anınadək... - HESABAT

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin hər iki mühərriki qəza anınadək problemsiz çalışıblar.

 

Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.

 

"Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur). Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir", – hesabatda bildirilib.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

Fevralın 2-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabatı təqdim edib.


OXŞAR XƏBƏRLƏR

Kruiz gəmisi 20 sərnişini sahildə unudub

Avropada çay kruizində olan bir qrup sərnişin gəmisi onlarsız yola düşdükdən sonra çətin vəziyyətdə qalıb. Hadisə 2023-cü ilin noyabrında Almaniyanın Nürnberq ş...

Mühərrik nasazlığından sonra təyyarənin pəncərəsindən bayıra atılan qadın: Cennifer Riordan

2018-ci ildə “Southwest Airlines”a məxsus Nyu-Yorkdan Dallasa uçan təyyarədə dəhşətli hadisə baş verib. Mühərrikində nasazlıq yarandıqdan sonra təyy...

Sözün əsl mənasında beynində sərt disk daşıyır: Doğulduğundan bəri yaşadığı hər anı xatırlayan qadın

Bəzən səhərlər qəhvəmizi hara qoyduğunuzu unuduruq. Bəs hələ bir həftəlik ikən hansı yorğana büküldüyünü xatırlamağa nə deyirsiniz? Rebekka Şarrok üçün bu olduq...

8 günlük missiya üçün kosmosa getdi, 8 Aydır geri qayıda bilmir

NASA astronavtları Suni Williams və Barry Wilmore kosmosa cəmi 8 gün davam edəcək bir missiya üçün gediblər. Ancaq 8 ay keçib və onlar hələ də Yerə qayıda bilmi...

Dövlət əleyhinə xərclənən MİLYONLAR – USAİD-in ölkəmizdəki fəaliyyətiARAŞDIRILMALIDIR

Məlum olduğu kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinə start verilib. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə...

“Qazprom” yanacaq istehsalını DAYANDIRDI

Rusiyanın məşhur “Qazprom” zavodu Ukraynanın pilotsuz təyyarəsinin hücumuna görə yanacaq istehsalını bir neçə ay dayandırıb.  Sfera.az ...