Bakıda metro yaxınlığında şübhəli çanta aşkarlandı- VİDEO


Bakıda metro yaxınlığında şübhəli çanta aşkarlandı- VİDEO

Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında şübhəli əşya aşkar edilməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu xüsusi təlim görmüş itlə hadisə yerinə cəlb edilib.

 

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra avtobus dayanacağında aşkar edilmiş şübhə doğuran məktəbli çantasına xüsusi təlim görmüş itin tətbiqi ilə keçirilmiş baxış zamanı çantanın içərisində məktəb ləvazimatlarının olduğu müəyyən edilib.

 

Qeyd edək ki, məlumatla əlaqədar sözügedən ərazidəki yollarda sıxlıq yaranıb.

 





OXŞAR XƏBƏRLƏR

Kruiz gəmisi 20 sərnişini sahildə unudub

Avropada çay kruizində olan bir qrup sərnişin gəmisi onlarsız yola düşdükdən sonra çətin vəziyyətdə qalıb. Hadisə 2023-cü ilin noyabrında Almaniyanın Nürnberq ş...

Mühərrik nasazlığından sonra təyyarənin pəncərəsindən bayıra atılan qadın: Cennifer Riordan

2018-ci ildə “Southwest Airlines”a məxsus Nyu-Yorkdan Dallasa uçan təyyarədə dəhşətli hadisə baş verib. Mühərrikində nasazlıq yarandıqdan sonra təyy...

Sözün əsl mənasında beynində sərt disk daşıyır: Doğulduğundan bəri yaşadığı hər anı xatırlayan qadın

Bəzən səhərlər qəhvəmizi hara qoyduğunuzu unuduruq. Bəs hələ bir həftəlik ikən hansı yorğana büküldüyünü xatırlamağa nə deyirsiniz? Rebekka Şarrok üçün bu olduq...

8 günlük missiya üçün kosmosa getdi, 8 Aydır geri qayıda bilmir

NASA astronavtları Suni Williams və Barry Wilmore kosmosa cəmi 8 gün davam edəcək bir missiya üçün gediblər. Ancaq 8 ay keçib və onlar hələ də Yerə qayıda bilmi...

Dövlət əleyhinə xərclənən MİLYONLAR – USAİD-in ölkəmizdəki fəaliyyətiARAŞDIRILMALIDIR

Məlum olduğu kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinə start verilib. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə...

“Qazprom” yanacaq istehsalını DAYANDIRDI

Rusiyanın məşhur “Qazprom” zavodu Ukraynanın pilotsuz təyyarəsinin hücumuna görə yanacaq istehsalını bir neçə ay dayandırıb.  Sfera.az ...