Azərbaycan bu ölkələrdən idxalı DAYANDIRDI - SƏBƏB

Azərbaycan bu ölkələrdən idxalı DAYANDIRDI - SƏBƏB

Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Son aylar ərzində isə bir sıra ölkədə "A" tipli qrip virusunun əmələ gətirdiyi quş qripinə həm heyvanlar, həm də insanlarda yoluxma halları artmaqdadır. ABŞ-də ilk dəfə südlük inəklərdə üzə çıxmış bu xəstəlik Avstraliya, Meksika, Çin, Hindistan, Vyetnam, Kamboca və başqa ölkələrdə insanlar arasında da yayılıb.

 

Alimlər qripin müxtəlif ştammlarının, o cümlədən "H5N1" variantının mutasiyaya məruz qalaraq yayılmasından və pandemiya şəraitinə gətirib çıxarmasından narahatdırlar.Doğrudur, hazırda insanlar bu xəstəliyə, adətən, quşlarla, quş əti ilə, habelə südlük mal-qaraya təmas nəticəsində yoluxurlar. Mütəxəssislər mutasiya baş verəcəyi təqdirdə qripin insandan-insana keçə biləcəyini də diqqətə çatdırırlar.

 

Bəs ölkəmizdə bu epidemiya ilə bağlı vəziyyət necədir?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən verilən açıqlamada ölkəmizin köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli coğrafi regionda yerləşdiyi bildirilib.

 

Qeyd olunub ki, buna görə də xəstəliyin izlənməsi daimi olaraq AQTA tərəfindən diqqət mərkəzində saxlanılır:

 

“Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir. Hazırda xəstəlik aşkarlanan bir sıra ərazilər üzrə bu cür məhdudiyyətlər mövcuddur. Bununla yanaşı, dövri olaraq xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Monitorinqlər aidiyyəti qurumlarla birgə köçəri quşların miqrasiya marşrutlarının keçdiyi bölgələrdə yerləşən sənaye müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan, habelə müvafiq təbiət ərazilərindəki vəhşi quşlar əhatə olunmaqla icra edilir. Bu zaman səyyar BSL 2+ biotəhlükəsizlik səviyyəli və digər laboratoriyaların potensialından istifadə olunur. Ötən illərdə və cari ilin yanvar ayında keçirilən monitorinq zamanı xəstəliyə şübhəli hal aşkar edilməyib”.

 

Məlumatda bildirilib ki, 2024-cü il noyabr ayında AQTA tərəfindən təqdim edilmiş hesabatlar nəzərə alınaraq, respublikamızın ərazisi ÜHST tərəfindən yüksək patogen quş qripindən azad ölkə kimi tanınaraq müvafiq status təsdiq edilib.

 

Həmçinin ötən ilin 16-20 dekabr tarixlərində keçirilən epizootoloji monitorinqlər çərçivəsində xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşdan və 27 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 270 baş, 20 rayonun (şəhər) 223 ailə təsərrüfatında isə ümumilikdə müxtəlif növ 685 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa, eləcə də ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Universitet tələbəsi vəfat etdi - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetin sosila media hesablarında məlumat v...

Nura: "Nəyinə lazım yazma, demə sabah sənə ya uşağına nəsə edərlər"

Heç kəs toy edib şadlıq sarayından çek almır. Niyə? Evinizdə çörək bişirib satsanız, vergi qapınızı kəsdirəcək ki, cərimə ödə, çörəyi satanda çek verməmisiniz. ...

Hərbi vəzifəlilərin təlim-toplanışı davam edir -VİDEO

Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərb...

Azərbaycanda avtopilotda maşın sürmək qadağandır - Cəriməsi var - AÇIQLAMA

Son illərdə avtomobil sənayesində baş verən texnoloji yeniliklər sürücüsüz - yəni avtopilot rejimində idarə olunan nəqliyyat vasitələrinin meydana çıxmasına səb...

Nazirlik özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı məlumat yaydı

Ötən il həyata keçirilən "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində 1300-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib...

Himalay Məmişov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edi...