Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr açıqlanacaq - BU TARİXDƏ

Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr açıqlanacaq - BU TARİXDƏ

Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı apardığı təhqiqatın ilkin nəticələrini yaxın bir neçə gün ərzində açıqlamağı planlaşdırır.

 

Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında bildirib.

 

"İş son mərhələdədir və biz bir neçə gün ərzində saytımızda ilkin hesabatı dərc edəcəyik. Mütəxəssislərə işlərini yekunlaşdırmaq üçün vaxt lazımdır”, - Karabayev izah edib. 

 

Onun sözlərinə görə, işdə Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycan komandaları iştirak edir.

 

Qeyd edək ki, təyyarə qəzasını Qazaxıstan araşdırır. Astana daha əvvəl bildirib ki, Rusiya və Azərbaycana da araşdırma materiallarına çıxış imkanı verib. Qəzaya uğrayan təyyarənin uçuş yazıcılarının şifrəsi isə istehsal olunduğu ölkədə - Braziliyada açılıb.

 

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznı şəhərinə uçan AZAL-a məxsus "Embraer 190" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Təyyarədə 5 ekipaj üzvü və Azərbaycan, Rusiya, Qazaxıstan, və Qırğızıstan vətəndaşları olan 62 sərnişin olub. 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bu parka gedənlər evlərinə varlanaraq dönürlər - FOTO

ABŞ-nin Arkanzas ştatında yerləşən və dünyada yeganə olan "Crater of Diamonds" Dövlət Parkı ziyarətçilərə real almaz axtarıb tapmaq və onu özləri ilə ...

"Real"ın gənc uluzuna cinayət işi açıldı

"Real"ın gənc ulduzu Raul Asensio və onun klubun gənclərdən ibarət kollektivindəki keçmiş komanda yoldaşlarına qarşı cinayət işi açılıb.  ...

Ötən ay ən çox şikayət olunan banklar - Siyahı

Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin aprel ayı ərzində bank müştәrilәrinin bank xidmәtlәrindәn istifadәsi üzrә şikayәt indeksini acıqlayıb.   Sfe...

“Haka” rəqsi edən deputatlar cəzalandırıldı - "Bu ən sərt qərardır"

Yeni Zelandiya parlamentində keçirilən iclas zamanı “Haka” rəqsi edərək mübahisəli qanun layihəsinə etiraz edən üç deputata cəza verilməsi tövsiyə o...

Azərbaycanda ən yüksək maaş bu şəhərdədir - Bakı sıralamada ikincidir

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq maaş 1084 manatdır. Bəzi şəhər və rayonlarda orta maaş səviyyəsi bu həddən yüksəkdir.&nbs...

Aparıcı Zaurla Günayın xaricə köçməsi iddiasına ATV-dən REAKSİYA

Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramları...