Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik


Bu ölkəyə də şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

Yanvarın 31-də Özbəkistanın Miqrasiya və Vətəndaşlığın Qeydiyyatı Baş İdarəsi ilə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndələri şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması məsələlərini müzakirə etmək üçün onlayn görüş keçirib.

 

Sfera.az xəbər verir ki, bu haqda “Dunyo” agentliyi məlumat yayıb.

 

Görüş zamanı bildirilib ki, vətəndaşların gediş-gəlişini sadələşdirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək.

 

“Səyahət rahatlığı biometrik şəxsiyyət vəsiqələrinin istifadəsi ilə artırılaraq, hər iki ölkə vətəndaşlarının xarici pasport almadan sərhədi keçməsinə imkan yaradacaq”, - məlumatda deyilir.

 

Qeyd edək ki, bundan əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələrinin şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınmasını təklif etmişdi.

 

Əlavə edək ki, sözügedən sistem artıq Qırğızıstanla Özbəkistan arasında mövcuddur. 2023-cü il sentyabrın 1-dən iki ölkə vətəndaşları iki dövlətin ərazisinə giriş, çıxış, səyahət və qalmaq üçün şəxsiyyət vəsiqələrindən istifadə edə bilərlər.

 

Xatırladaq ki, Azərbaycan-Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında sənəd 1 aprel 2021-ci ildən qüvvədədir. Həmin tarixdən etibarən iki hər iki ölkənin vətəndaşları şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə bilirlər.


OXŞAR XƏBƏRLƏR

"Əsl super güclərə" sahib beş insan: Alimlər səbəbini izah edə bilmirlər - FOTOLAR

Dünyada elə insanlar var ki, onların heyrətamiz qabiliyyətləri hətta alimləri də çaşdırır. Bəzi insanlar insan bədəninin imkanlarının nə qədər sonsuz olduğ...

Ənvər Həsənov xəstəxanadan evə buraxıldı

Xalq artisti Ənvər Həsənov bu gün müalicə aldığı Reabilitasiya Mərkəzindən evə buraxılıb.   Sfera.az xəbər verir ki, bu haqda teleqraf.com-a Xalq art...

“Tarixin ən zəngini": Afrika kralı necə inanılmaz sərvət qazandı?

Dünyada sərvəti bir milyard dolları keçən çoxlu milyarderlər var. Ancaq 400 milyard dollarlıq sərvəti təsəvvür etmək belə çətindir. Bu, nəinki böyük sərvət, h...

Yeni transferi “Qalatasaray”a qələbə qazandırdı

Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.   Səfərdə “Q...

Turisti elektron qapı vurduqdan sonra 21,5 milyon dollar təzminat aldı: Amma…

ABŞ-dan olan 56 yaşlı Jim Houseman, 2011-ci ildə kruizdə olarkən avtomatik sürüşən qapı onu vurduqdan sonra böyük bir qəsəbə qazanıb. Lakin məhkəmə gözlənilməz ...

Meksika ABŞ ilə sərhədə qoşun göndərir

Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.   Sfera.az  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Meksika lideri Klaudi...