Ənvər Həsənovun son durumu AÇIQLANDI

Kateqoriya məlum deyil
T
"Xalq artisti Ənvər Həsənovun vəziyyəti orta ağır qiymətləndirilir".
Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.
Qeyd olunub ki, Ənvər Həsənov yanvarın 31-də saat 15:00-da Tibbi Reabilitasiya Mərkəzinə yerləşdirilib.
Hazırda aktyorun Terapiya şöbəsində medikamentoz və fizioterapevtik müalicəsi davam edir.
Xatırladaq ki, Xalq artisti bir müddət əvvəl səhhətində yaranan narahatlıqlar səbəbi ilə xəstəxanaya yerləşdirilib.






