Honq Konq–London reysi ilə uçan təyyarə Bakıda məcburi eniş etdi


Honq Konq–London reysi ilə uçan təyyarə Bakıda məcburi eniş etdi

“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

 

Bu barədə Sfera.az-a aeroporta istinadən xəbər verir. Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, “Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.

 

Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.

 

Qeyd olunub ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.


OXŞAR XƏBƏRLƏR