Bakıdan Astanaya getmək istəyənlərin nəzərinə


Bakıdan Astanaya getmək istəyənlərin nəzərinə

Qazaxıstanın aşağı büdcəli “FlyArystan” aviaşirkəti yay mövsümü üçün Bakı-Astana-Bakı istiqaməti üzrə aviabiletlərin satışına başlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Bakı və Qazaxıstanın paytaxtı arasında uçuşlar iyunun 2-dən başlayacaq və həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günü həyata keçiriləcək.

 

Bundan əvvəl aviaşirkət 2025-ci il yaz-yay mövsümü üçün aviabiletlərin satışının başladığını elan etmişdi. Artıq sərnişinlər Astana və Qazaxıstanın digər şəhərlərinə “FlyArystan” mobil tətbiqi, şirkətin rəsmi saytı və digər mövcud satış kanalları vasitəsilə ən sərfəli qiymətlərlə bilet əldə edə bilərlər.

 

“FlyArystan” “Air Astana” qrupunun törəmə şirkəti olan Qazaxıstanın aşağı büdcəli aviaşirkətidir və 2019-cu ilin may ayından fəaliyyətə başlayıb.


OXŞAR XƏBƏRLƏR

Ənvər Həsənovun son durumu AÇIQLANDI

"Xalq artisti Ənvər Həsənovun vəziyyəti orta ağır qiymətləndirilir".   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələ...

Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirib

Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları "Rossotrudniçestvo"nun Bakıdakı "Rus Evi"nin binasını nəzarətə götürüblər və bununla bağl...

Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışdı

Türkiyə - Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi A...

Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA

“Sərhəd-Sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulm...

Honq Konq–London reysi ilə uçan təyyarə Bakıda məcburi eniş etdi

“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroport...

AFFA-nın yeni baş katibi təyin olunan Cahangir Fərəcullayev kimdir? - DOSYE

AFFA-da yüksək vəzifəyə təyinat baş tutub.   Sfera.az xəbər verir ki, qurumun baş katibi vəzifəsinə Cahangir Fərəcullayev təyin olunub.  &nbs...