MN-in sabiq vəzifəli şəxsləri vəkildən imtina etdilər


MN-in sabiq vəzifəli şəxsləri vəkildən imtina etdilər

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Cəlal Kazımov anket məlumatlarında yanlışlıqlar olduğunu qeyd edib.

 

O bildirib ki, anket məlumatlarında ailəli göstərilsə də, hazırda subaydır. Məlum olub ki, Cəlal Kazımovun keçmiş həyat yoldaşı və övladları maraqlı şəxs kimi məhkəməyə müraciət ediblər. Maraqlı şəxslər üzərinə həbs qoyulan əmlakların onlara qaytarılmasını istəyirlər. Birinci instansiya məhkəməsində Cəlal Kazımovu müdafiə edən vəkil onun keçmiş həyat yoldaşı və övladlarını təmsil edib. Araşdırma zamanı məlum olub ki, Vüsal Əlizadə və Cəlal Kazımovun vəkilləri prosesdə iştirak etmir.

 

Vüsal Əlizadə bildirib ki, o müqavilə əsasında olan vəkilindən imtina edib. O, dövlət hesabına ona vəkilinin təyin olunmasının istəyib. Cəlal Kazımovun da vəkili ilə müqavilə bağlamadığı məlum olub. O bildirib ki, ümumiyyətlə vəkildən imtina edir və müdafiə olunmaq üçün vəkil istəmir. Prosesə sədrlik edən hakim bildirib ki, xüsusi ilə ağır cinayətlər törədən şəxslərin hüquqlarını müdafiə etmək üçün vəkilin təyin olunması məcburidir. Hər iki təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan ilkin baxış iclasının keçirilməsinə etiraz etməyiblər. Digər təqsirləndirilən şəxslər və onların da vəkilləri prosesin davam etdirilməsini istəyiblər. Yerində müşavirə keçirən hakimlər heyəti belə qərara gəliblər ki, iki təqsirləndirilən şəxslərdən Cəlal Kazımov və Vüsal Əlizadənin vəkili iclasda iştirak etmədiyi üçün ilkin baxış iclası başqa vaxta təxirə salınır.

 

Hakim bildirib ki, hər iki təqsirləndirilən şəxs vəkillə təmin olunacaq.

 

Proses fevralın 17-də davam edəcək.


OXŞAR XƏBƏRLƏR

Ənvər Həsənovun son durumu AÇIQLANDI

"Xalq artisti Ənvər Həsənovun vəziyyəti orta ağır qiymətləndirilir".   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələ...

Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirib

Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları "Rossotrudniçestvo"nun Bakıdakı "Rus Evi"nin binasını nəzarətə götürüblər və bununla bağl...

Ərdoğan Türkiyə, Azərbaycan və Özbəkistan nazirlərinin görüşündən danışdı

Türkiyə - Azərbaycan- Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri arasında keçirilən görüş Türk dünyası dövlətləri arasında əməkdaşlığa rəsmi A...

Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA

“Sərhəd-Sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulm...

Honq Konq–London reysi ilə uçan təyyarə Bakıda məcburi eniş etdi

“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroport...

AFFA-nın yeni baş katibi təyin olunan Cahangir Fərəcullayev kimdir? - DOSYE

AFFA-da yüksək vəzifəyə təyinat baş tutub.   Sfera.az xəbər verir ki, qurumun baş katibi vəzifəsinə Cahangir Fərəcullayev təyin olunub.  &nbs...