Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək

Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək

Fevralın 16-19-da Belçikanın ticarət missiyasının Azərbaycana səfəri planlaşdırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Belçika-Azərbaycan Ticarət Palatasının ("Belgazercom") Direktorlar Şurasının sədri Stef Qoris sosial şəbəkə hesablarında yazıb.

 

O qeyd edib ki, 2024-cü il dekabrın 11-də yaradılan təşkilatın təxminən 20 belçikalı və 3 azərbaycanlı üzvü var. Palata 4 belçikalı iş adamından ibarət Direktorlar Şurası tərəfindən idarə olunur.

 

"Bizim ilk tədbirimiz “Belgazercom”un Direktorlar Şurasının fevralın 16-da Azərbaycana səfəri olacaq. Səfər fevralın 19-dək davam edəcək", - sədr yazıb.

 

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan müəssisələri ilə B2B görüşləri təşkil olunacaq və maraq göstərən bütün Belçika şirkətləri bu ticarət missiyasına qoşula bilər.

 

Bakıya səfər zamanı “Belgazercom”un Direktorlar Şurası Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi ilə görüşlər keçirəcək.

 

Bundan başqa, Belçikanın Azərbaycandakı səfirliyində iştirakçı şirkətlərin konkret biznes maraqları və imkanlarına həsr olunmuş müzakirələr aparılacaq.


OXŞAR XƏBƏRLƏR

Mahir Emreli sevgilisi ilə belə görüntüləndi - FOTO

Məşhur futbolçu Mahir Emreli paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.   Sfera.az bildirir ki, idmançının sevgilisi Dilara Salim Mahirlə birgə gəzin...

Əmək pensiyalarında yenilik: Kapital tələbləri ARTIRILACAQ

Milli Məclis bu gün keçirilən növbəti iclasında “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edərək əmək pensiyalarının minimum məbləğini 280 manat...

Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edildi

Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün ...

"Xahiş edirəm, onları bağışlayın, cavandırlar..." - Siyavuş Novruzov

"İmişlidə olan hadisələri Avropada erməni çörəyi yeyənlər tamam başqa istiqamətə yönəltdilər".   Sfera.az xəbər verir ki, bunu Milli M...

Ceyhun Bayramov latviyalı həmkarı ilə danışdı

Xarici işlər naziri Ceyhun Bayramovla latviyalı həmkarı Baiba Braje arasında telefon danışığı baş tutub.   XİN-dən Sfera.az-a verilən məlumata g...

ÜST işə qəbulu dayandırdı - SƏBƏB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞniın təşkilatdan çıxmasından sonra likvidlik böhranı səbəbindən işə qəbulu dayandırıb və səfərləri məhdudlaşdırıb.  ...