Qonşu ölkələrdə təhlükə: Azərbaycana da keçə bilər - VİDEO
Cəmiyyət
19:50 / 02.02.2025
7694
Bu ilin yanvar ayının əvvəlindən etibarən Gürcüstanda bir neçə nəfər donuz qripindən həyatını itirib.
Sfera.az xəbər verir ki, qonşu Rusiyada da vəziyyət ürəkaçan deyil. Ölkənin bir sıra məktəb və bağçaları donuz qripi təhlükəsi ilə əlaqədar bağlanıb.
Bəs ölkəmizdə bu epidemiya ilə bağlı vəziyyət necədir?
Səhiyyə Nazirliyinin nümayəndəsi Afaq Əliyeva bildirib ki, hazırda ölkəmizdə donuz qripinə yoluxma faktı aşkarlanmayıb, lakin həmsərhəd ölkələrdə epidemiyanın olması bizdə də təhlükə yaradır.
Daha ətraflı İctimai TV-nin videomaterialında: